Icma.az
close
up
RU
Qarabağ bölgəsində yenidənqurma işlərini ləngidən əsas səbəb Ermənistanın buranı minalarla çirkləndirməsi olub Naqif Həmzəyev Yeni Gündəm

Qarabağ bölgəsində yenidənqurma işlərini ləngidən əsas səbəb Ermənistanın buranı minalarla çirkləndirməsi olub Naqif Həmzəyev Yeni Gündəm

Icma.az, Yenigundem portalına istinadən məlumat yayır.

“Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinə start verdi. Ötən 4 il ərzində misli-bərabəri görünməz şəkildə bu işlər həyata keçirildi”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib.

 Deputat əlavə edib ki, Ermənistan tərəfi kapitulyasiya aktını imzaladıqdan bir neçə gün sonra Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva bu ərazilərə səfər etdilər və bərpa prosesi başlanıldı:

“2024-cü ildə yenidənqurmanın məntiqi nəticələrini görməyə başladıq. Yəni daha çox məcburi köçkünlərin müasir dövrün tələblərinə cavab verən böyük şəhər və qəsəbələrdə Böyük Qayıdışının şahidi olduq. Bu il Xocalı və Xankəndində köç prosesinin intensivləşməsi, bu ərazilərdə quruculuq və abadlıq işlərinin genişlənməsi ilə yadda qaldı. Bundan öncəki illərdə əsası qoyulmuş bir çox tədbir və festivalların davamlı şəkildə keçirilməsi baş tutdu. Həmçinin Füzuli və Zəngilan beynəlxalq hava limanları daha aktiv istifadəyə başladı. Bütün bunlarla yanaşı, ağır və çətin iqlim şəraitinin olmasına baxmayaraq, çoxlu sayda tunellər tikildi və istifadəyə verildi. Eyni zamanda Xocalı soyqırımı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün böyük memorial muzey kompleksinin tikintisinin təməli qoyuldu. Yaxın illərdə biz onun açılışına da şahidlik edəcəyik. 2024-cü ildə Xankəndində  Qarabağ Universitetinin fəaliyyətə başlaması ilə bütün proseslərin yalnız quruculuq-abadlıq işləri ilə bağlı olmadığını, növbəti yüzilliklər üçün məhz bu ərazilərdə çalışacaq kadrların yetişdirilməsinin əsası qoyuldu. Üstəlik Cənab Prezident özü burada açılışda iştirak etdi”.

Naqif Həmzəyev deyib ki, Xankəndində çoxlu sayda azərbaycanlıları və mərhələləli şəkildə həyatın geri qayıtdığını görürük:

“Digər tərəfdən Şuşa şəhəri işğaldan azad olduğu zaman orada demək olar ki, Sovetlər dövründə məhz Azərbaycanın tikdiyi binalardan başqa yeni tikililər yox idi. Əksinə evlərin çoxu dağıdılmışdı, Şuşanın əvvəlki görkəminin itirilməsinə çalışılmışdı. Buna baxmayaraq qısa müddət ərzində bu şəhərin tamamilə dəyişiminin şahidi olduq. Burada yeni məktəblərin açılışı oldu, tədris prosesi kütləviləşdi. Həmçinin Şuşanın mədəni həyatı geri qayıtdı. Bundan başqa işğaldan azad edilmiş ərazilərdə “Yaşıl” enerji resurslarının istehsalına başlanılıb. Hətta yaxın illərdə bu yerlərin dayanıqlı, enerji təminatı əsasında qurulacağını görəcəyik. Biz hədəfləyirik ki, 2026-cı ilə qədər 150 mindən çox keçmiş məcburi köçkün məhz işğaldan azad edilmiş ərazilərdə yaşayacaq. Qarabağ bölgəsində yenidənqurma işlərini ləngidən əsas səbəb Ermənistanın buranı minalarla çirkləndirməsi olub. Təəssüflər olsun ki, bizim çox saylı mina qurbanlarımız oldu. Lakin dövlətimiz qətiyyən yenə də geri çəkilmir. Eyni zamanda minalardan təmizləmə prosesi yekunlaşdıqdan sonra yenidənqurma işləri daha sürətlə həyata keçiriləcək. 2025-ci ildə Laçın beynəlxalq hava limanının da açılışı olacaq. Bu isə Qarabağ bölgəsində xüsusilə turizmin inkişafı üçün əsas təşkil edəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 29 Dekabr 2024 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri