Qarabağ bu göstəricidə Çempionlar Liqasında ikincidir
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Qarabağ" UEFA Çempionlar Liqasında əsas mərhələnin IV turundan sonra ən çox qayda pozuntusuna məruz qalanlar komandalar arasındadır.
Bakıvaxtı.az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçularına qarşı ümumilikdə 62 dəfə qayda pozulub.
Eyni göstərici Niderlandın "Ayaks" klubuna da aiddir. Siyahıya İngiltərə "Arsenal"ı başçılıq edir - 67.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ən az qayda pozan komandalar arasında da ikincidir. "Köhlən atlar" cəmi 27 dəfə rəqib futbolçulara qarşı kobud oynayıb. Bu göstəricidə ilk pillədə Almaniyanın "Ayntraxt Frankfurt" klubudur - 25.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında növbəti oyununu noyabrın 25-də, İtaliyada "Napoli"yə qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 06 Noyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















