“Qarabağ” bu legionerlə müqaviləni uzatmayacaq
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qarabağ" ötən ilin iyulunda sıralarına qatdığı Sammi Mmae barədə yekun qərarını verib.
Milli.Az xəbər verir ki, Ağdam təmsilçisi Zaqreb "Dinamo"sundan heyətinə cəlb etdiyi belçikalı mərkəz müdafiəçisinin xidmətində maraqlı deyil.
Artıq Xorvatiya tərəfinə bu haqda şifahi məlumat verilib. "Qarabağ" icarə əsasında düşərgəsinə gələn və 1 illik müqavilə bağladığı 28 yaşlı legionerin transfer hüququnu almayacaq.
Qeyd edək ki, Mmaenin 21 oyunda formasını geyindiyi "Dinamo" ilə 2028-ci ilin iyununa qədər müqaviləsi var. O, Zaqrebə 2024-cü ilin yayında Macarıstandan - "Ferentsvaroş"dan azad agent kimi keçib. Daha öncə Belçikada "Gent", "Standard" və "Sent Trüden"də çıxış edib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 13 Fevral 2026 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















