Icma.az
close
up
RU
Qarabağ cəlladlarının qara günləri

Qarabağ cəlladlarının qara günləri

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prokurorluq Koçaryan və tərəfdarlarının 2008-ci il hadisələrinin qurbanlarına təzminat ödəməsini tələb edir

Ermənistanı 20 il çapıb-talamış “Qarabağ klanı”nın üzvləri 2018-ci ildə siyasi səhnədən, necə deyərlər, süpürülüb atıldıqdan sonra hakimiyyətdə olduqları dövrdə yol verdikləri cinayət əməllərinə görə ədalət mühakiməsi önündə cavab verirlər. Bu proses yalnız hüquqi məsələ olmayıb, eyni zamanda, ölkədə siyasi və ictimai ədalət duyğusunun bərpası kimi qiymətləndirilir. Cəmiyyətin uzun illər gördüyü korrupsiya və qanunsuzluqlara qarşı reaksiyası indi məhkəmə proseslərinə yönəlir. Bir sıra ekspertlər hesab edirlər ki, bu proseslər yalnız keçmişdəki qanunsuzluqları ifşa etmək üçün deyil, həm də ölkədə hüquq sisteminə inamı bərpa etmək üçün əhəmiyyətlidir.

Bu istiqamətdə son yenilik Ermənistan Baş Prokurorluğunun ölkənin ikinci prezidenti Robert Koçaryandan və digər rəsmi şəxslərdən 2008-ci il fevralın 19-da keçirilən prezident seçkilərindən sonra – martın 1-də baş vermiş hadisələr nəticəsində həlak olmuş şəxslərə və onların ailə üzvlərinə (zərərçəkənlərə) dəymiş 670 milyon dram məbləğində təzminat ödənilməsini tələb etməsidir. “Hetq.am” saytının yaydığı məlumata görə, Baş Prokurorluq Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində həmin hadisələr vaxtı rəhbər vəzifələrdə çalışan şəxslərə qarşı dövlət maraqlarının müdafiəsi ilə bağlı iddia qaldırıb. Bu iş üzrə R.Koçaryanla yanaşı, Milli Təhlükəsizlik Şurasının sabiq katibi Armen Gevorkyan, həmin dövrdə silahlı qüvvələrin baş qərargah rəisi olan Seyran Ohanyan və müdafiə nazirinin sabiq müavini Yuri Xaturov da ittiham edilir. Təzminatın məbləği, yəni 670 milyon dram birgə məsuliyyət qaydasında, cavabdehlərin hər birindən bərabər şəkildə tutulmalıdır. İddia Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Aşxen Qarslyanın adına imzalanıb. Hələlik işin icraata qəbul edilməsi barədə qərar qəbul edilməyib. Adları çəkilən məmurlar 2008-ci ildə konstitusiya quruluşunu devirməkdə ittiham olunurlar.

***

Xatırladaq ki, Ermənistanda 2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkilərinin ilkin nəticələri dərc olunandan dərhal sonra prezidentliyə namizəd, ölkənin birinci prezidenti Levon Ter-Petrosyan tərəfdarlarını İrəvanın mərkəzində, “Azadlıq” meydanında toplayaraq seçki prosesi zamanı baş vermiş total qanun pozuntularına etirazlarını bildirməyə çağırıb. Ter-Petrosyan və tərəfdarları seçkilərin azad və ədalətli olmadığını iddia ediblər. Onlar fevralın 20-dən başlayaraq gündəlik seçki pozuntularına qarşı kütləvi etiraz aksiyaları keçirərək “Azadlıq” meydanında və ona bitişik parkda toplaşıblar. Hakimiyyət orqanlarının nümayişləri dayandırmaq tələblərinə baxmayaraq, etirazlar martın 1-dək davam edib. Martın 1-də sübh çağı 9 günlük etirazlardan sonra polis dəyənəklərdən və elektroşok avadanlıqlarından istifadə edərək meydanda əməliyyat keçirib. Polis ərazini nümayişçilərdən təmizləyərək bağlayıb. Həmin vaxt etirazçıların əksəriyyəti hələ də yuxuda idi. Onların arasında gecəni meydanda keçirən qadınlar, uşaqlar və qocalar da olub. Nümayişçilərlə hüquq-mühafizə orqanları əməkdaşları arasında baş verən qarşıdurmada azı 10 nəfər həyatını itirib. Ölənlərdən 8-i mitinq iştirakçısı, 2-si polis olub. Təxminən 230 nəfər xəsarət alaraq xəstəxanalara müraciət edib. Ter-Petrosyan özü isə polis tərəfindən zorla evinə aparılıb və faktiki olaraq ev dustaqlığına salınıb.

Buna baxmayaraq, etirazçılar martın 1-də günorta saatlarında İrəvanın mərkəzində (şəhər meriyasının və Fransa səfirliyinin yaxınlığında) toplaşmağa başlayıblar. Günün sonuna yaxın etirazçıların və polisin sayı xeyli artıb. Nümayişçilərin sayının artmasına tab gətirə bilməyən hüquq-mühafizə orqanları saat 16:00-da ərazidən sıxışdırılaraq çıxarılıb. Fəallar maneələr qurmaq üçün trolleybus və avtobusları aşırıblar. Axşam saatlarında Myasnikyan meydanında barrikada quran nümayişçilərlə polis arasında toqquşma baş verib. Təxminən saat 22:00-da prezident R.Koçaryan Ermənistan parlamentinin təsdiqi ilə nümayişləri qadağan edərək və medianın fəaliyyətini ciddi şəkildə məhdudlaşdıraraq, 20 günlük fövqəladə vəziyyət elan edib. Koçaryan öz qərarını onunla əsaslandırıb ki, etirazçılardan bəziləri, guya, Maştots prospektində yaxınlıqdakı mağazaları qarət edib, bir neçə polis maşını və avtobusunu yandırıb, polis əməkdaşlarına ağır xəsarət yetiriblər.

Fövqəladə vəziyyət rejimi martın 2-də təxminən gecə saat 1-də qüvvəyə minib və Ter-Petrosyan Fransa səfirliyi yaxınlığında etirazçıları evlərinə qayıtmağa çağırmağa məcbur olub. Bununla da etirazlara son qoyulub.

Dinc etiraz aksiyalarının amansızlıqla yatırılmasından sonra bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları Ermənistan hakimiyyətini törətdiyi vəhşiliyə görə qınayıblar. Onlar yaydıqları bəyanatlarda bildiriblər ki, çadırda gecələyən silahsız, mülki şəxslərə qarşı həddindən artıq güc və zorakılıq tətbiq etmək yolverilməzdir. Beynəlxalq hüquq-müdafiə təşkilatları zorakılıq tətbiq edən polis əməkdaşlarının cəzalandırılmasını tələb ediblər. Ancaq Ermənistan hakimiyyəti bütün çağırışları qulaqardına vurub. Bu qanlı proseslərin yekunu olaraq Xocalı cəlladı, əli erməni xalqı ilə yanaşı Azərbaycan xalqının da qanına batmış Serj Sarkisyan prezident kürsüsünə yiyələnib. Onun adına 52,82 faiz səs yazılıb.

***

Yeri gəlmişkən, qeyd edək ki, Koçaryanın Sarkisyanı özünə siyasi varis seçməsi təsadüfi deyildi. Onlar hər ikisi 1954-cü ildə Xankəndidə doğulublar. Keçmiş DQMV-də əvvəlcə komsomol, sonra isə partiya strukturlarında bir sıra kiçik vəzifələrdə çalışan bu iki şəxs 1980-ci illərin sonlarından vilayətdə separatizm hərəkatının öncüllərinə çevriliblər. Sonradan keçmiş separatçı rejimdə yüksək “vəzifələr” tutublar. Daha sonra isə Ermənistanda hakimiyyətə yiyələniblər. Əvvəlcə Koçaryan, sonra isə Sarkisyan ölkəyə 10 il rəhbərlik edib. Koçaryan Sarkisyanı özünə siyasi varis seçməklə həm öz siyasi xəttinin davam etdirilməsini, həm də Qarabağ klanının hakimiyyət üzərində nəzarətini təmin etməyi qarşısına məqsəd qoymuşdu. Sarkisyanın dövlət idarəçiliyinə gətirilməsi, əslində, köhnə sistemin qorunub saxlanması üçün atılmış addım idi. Bu, Ermənistan siyasətində uzun illər korrupsiya və oliqarxik maraqların dərinləşməsinə şərait yaradıb. Məhz həmin siyasətin nəticəsində ölkə iqtisadi və sosial baxımdan tənəzzül dövrünü yaşayıb. Eyni zamanda, Koçaryan Sarkisyanın hakimiyyətə gəlişini təmin etməklə Qarabağ klanının yol vermiş olduğu cinayətlərə görə mafiyanı gözləyən təqibdən canını qurtarmış olub. Ancaq tam qurtara bilməyib. 2018-ci ildə erməni xalqının, necə deyərlər, zəli kimi qanını içən keçmiş rejimi tarixin zibilliyinə atması ilə Qarabağ klanının da qara günləri başlayıb. Həmin dövrdən etibarən onların günü məhkəmə salonlarında keçir. Hətta bir müddət Koçaryan özü də həbsdə qalıb. Sonradan Koçaryanın bağlı olduğu xarici qüvvələrin Paşinyan iqtidarına təzyiqləri nəticəsində azadlığa buraxılıb.

***

İndi isə Qarabağ klanının uzun illər Ermənistanı talaması, xalqın sərvətlərini şəxsi maraqları üçün mənimsəməsi, siyasi opponentləri susdurması və azad sözə divan tutması açıq şəkildə, cəmiyyətin gözü qarşısında mühakimə edilir. Bu, sadəcə, bir neçə yüksək vəzifə daşımış şəxsin məsuliyyətə cəlb olunması deyil, bütöv bir korrupsioner, cinayətkar sistemin iflasıdır. Ermənistanda keçirilən bu məhkəmə prosesləri həm də illərlə xalqın qanını sormuş rejimə tarixi qiymət verməkdir.

Əslində, Koçaryan–Sarkisyan rejiminin süqut etməsi və onların məhkəmə önünə çıxarılması bir növ ilahi ədalətin təntənəsi kimi qəbul olunmalıdır. Çünki Xocalıda dinc azərbaycanlıların soyqırımına, Ermənistan daxilində isə 20 il ərzində cinayətkar rejimə rəhbərlik edən bu qaranlıq qüvvə indi öz cinayətlərinə görə cavab verməli olur. Ermənilər özləri də anlayırlar ki, ölkəni müharibəyə sürükləyən, iqtisadiyyatı çökdürən, ordunu dağıdan, gəncləri xarici ölkələrə köçməyə məcbur edən məhz bu klan olub.

Bugünkü reallıq göstərir ki, tarix heç nəyi unutmur. Qarabağ klanının taleyi də bunun bariz nümunəsidir. Onlar vaxtilə özlərini toxunulmaz hesab edir, güc strukturlarına – polisə, orduya arxalanaraq xalqın səsini boğurdular. Ancaq indi həmin səs məhkəmə salonlarında, küçələrdə, qəzet səhifələrində, digər media orqanlarında onlardan haqq-hesab tələb edir. Beləliklə, Qarabağ klanının mühakiməsi yalnız hüquqi akt deyil, həm də tarixi ədalətin bərpasıdır. Ermənistanda illərlə xalqa zülm edən bu mafioz sistem indi sonunu yaşamaqdadır. Bu gün onların mühakiməsi, sabah isə erməni xalqının böyük əksəriyyətinin “hə” dediyi Azərbaycan xalqı ilə regionda sülh içində yaşamaq istəyi gerçəkləşəcək. İlahi ədalət isə hər zaman gec-tez öz hökmünü verir. Koçaryan–Sarkisyan rejiminin timsalında gördüyümüz kimi.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Avqust 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see301

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see253

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see247

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see244

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see230

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see228

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see223

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see219

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see215

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see209

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see205

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see203

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see202

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see197

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see190

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see189

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see183

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see172

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see162

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri