Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

3 aylıq olanda nə baş veribsə xatırlayır

Ceyranbatanda toyda dava Biri komadadır

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

Qara Şəhərin ağ günləri...

Qara Şəhərin ağ günləri...

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İnsan mərkəzli şəhərsalmanın yeni fəlsəfəsi

Müasir şəhərsalmada inkişafın əsas göstəricisi hündür binaların sayı və ya cəlb olunan sərmayənin həcmi deyildir. Bunu Azərbaycan təcrübəsində  şəhərin insana nə dərəcədə yaşam imkanı, ədalətli, əlçatan və davamlı mühit yarada bilməsi ilə seçilən yeni urbanistik yanaşmalar sübut edir. 

Bakı Ağ Şəhər layihəsi Azərbaycanın son illərdə formalaşdırdığı insan mərkəzli inkişaf fəlsəfəsinin şəhər müstəvisində aydın ifadəsidir. Bir vaxtlar “Qara Şəhər” kimi tanınan bu ərazi uzun illər yalnız sənaye və iqtisadi maraqlara tabe edilmişdi. İnsan amili, sosial həyat, ekoloji balans və şəhər yaddaşı kənarda qalmışdı. 

Ağ Şəhər  bu yanlış təcrübədən çıxarılan dərslər üzərində formalaşan yeni düşüncənin məhsuludur. Burada bərpa keçmişi silməyə yox, onu anlayaraq gələcəyi düzgün qurmaq anlamına tabe etdirilir.

Son illərdə Azərbaycanın şəhərsalma sahəsində keçdiyi yol göstərir ki, ölkə iki fərqli, lakin mahiyyət etibarilə oxşar çağırışla üz-üzə qalıb. Bunlardan biri müharibə nəticəsində məqsədli şəkildə dağıdılmış yaşayış məkanları, digəri isə vaxtilə yalnız iqtisadi səmərəliliyə fokuslanan, insanı nəzərə almayan  yanaşmaların yaratdığı boşluqlar.

Hər iki halda reallıq insanın məkandan uzaqlaşması ilə nəticələnib. Məhz bu nöqtədə Ağ Şəhər layihəsinin ideoloji əhəmiyyəti üzə çıxır. Burada şəhər artıq iqtisadi mexanizmlərə tabe etdirilmir, insan həyatının, sosial münasibətlərin və ictimai yaddaşın daşıyıcısı kimi planlaşdırılır.  İnklüzivlik, piyada yönümlü mühit, geniş ictimai məkanlar, yaşıllıq zolaqları və insan ölçüsünə uyğun memarlıq bu yanaşmanın əsas sütunlarını təşkil edir. Bu isə estetik seçimdən daha çox yeni şəhərsalma etikasını formalaşdırır.

Prezident İlham Əliyevin və ailə üzvlərinin Ağ Şəhərdə görülən işlərlə tanışlığı da məhz bu etikaya verilən siyasi üstünlüyün göstəricisidir. Bu diqqət bir daha onu təsdiqləyir ki, şəhərsalma dövlət üçün investisiya platforması olmaqdan daha çox cəmiyyətin gələcək həyat keyfiyyətini müəyyən edən strateji sahədir.

Eyni yanaşma işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin bərpasında da ardıcıl şəkildə tətbiq olunur. Burada diqqətçəkən məqam məqsədlərin fərqli, prinsiplərin isə eyni olmasıdır. İstər Ağ Şəhərdə, istərsə də post-münaqişə ərazilərində şəhər və kəndlər qapalı, izolyasiya olunmuş məkanlar kimi deyil, açıq, əlaqəli, sosial və yaşam üçün bütün tələblərə cavab verən mühitlər kimi formalaşdırılır.

Yaşıllıqlar bütün küçələr boyu hər iki səkidə istisnasız olaraq bütün binaların qarşısında deyil, parklarda və xüsusi seçilmiş ara məkanlarda əkilir.  Meydanlar, ictimai zonalar şəhərin “nəfəs nöqtələri” kimi düşünülür. Yaşayış imkanları isə dörd divarla deyil, həyatla ölçülür. Gələn 2026 -cı  ilin “Şəhərsalma ili” elan edilməsinin də bu ardıcıl siyasətin məntiqi davamı olacağına ürəkdən inanıram. Bu qərar göstərir ki, Azərbaycan şəhərsalmanı  uzunmüddətli və vahid standartlara əsaslanan dövlət siyasəti kimi qəbul edir.

Ağ Şəhərdə tətbiq olunan insan mərkəzli və inklüziv model Qarabağda bərpa edilən şəhərlərdə də eyni keyfiyyət meyarları ilə reallaşdırılır. Bu, ölkə miqyasında vahid urban dəyər sisteminin formalaşdığını göstərir. Əslində, Qara Şəhərin Ağ Şəhərə çevrilməsi Azərbaycanın son dövr inkişaf fəlsəfəsinin simvoludur. Bu fəlsəfə nə dağıdıcılığı, nə də kor iqtisadi maraqları qəbul edir. Onun mərkəzində insan ləyaqəti, sosial balans və gələcək nəsillər üçün məsuliyyət dayanır.

Bu mənada Ağ Şəhər bu gün Bakının daxilində formalaşan bir gələcək modelidir. İnsanı mərkəzə almaqla, xaosu planla,  məsuliyyətlə və sağlam gələcək vizyonu ilə əvəz edən bir model.

Bahar Muradova
Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Dekabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1045

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see582

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see336

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see310

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see308

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see307

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see301

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see260

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see234

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see210

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see195

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see194

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see192

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see192

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see187

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see186

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see184

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see176

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see173

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri