Icma.az
close
up
RU
“Qarabağ” ÇL in qapısını Budapeştdə aralaya biləcəkmi?

“Qarabağ” ÇL in qapısını Budapeştdə aralaya biləcəkmi?

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qarabağ” bu gün tarixi uğura - Çempionlar Liqasının əsas mərhələsinə aparan yolda növbəti matçını keçirəcək.

"Football-plus.az" xəbər verir ki, pley-off mərhələsinin ilk oyununda “Ferentsvaroş”un qonağı olacaq ağdamlılar Budapeştdən sərfəli nəticə ilə qayıtmaq üçün tər tökəcək. Matç “CBC Sport”un efirində canlı yayınlanacaq.
Çempionlar Liqası, pley-off, ilk oyun
Ferenstvaroş (Macarıstan) – Qarabağ

Hakimlər: JOAO PİNYEYRO, Bruno Jezuş, Lusiano Pereyra, Kladio Pereyra (hamısı Portuqaliya).
VAR hakimi: Tyaqo Martinş (Portuqaliya).
VAR hakiminin köməkçisi: Fabio Melo (Portuqaliya).
19 avqust. Budapeşt, “Qroupama Arena”. Saat 23.00.
Bəlkə də “Qarabağ” gələn həftənin çərşənbə günü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçında məqsədə çatacaq – əsas mərhələyə vəsiqəni təmin edərək ikinci dəfə tarix yazacaq. Hər halda, həmin günlə bağlı gözləntiləri “ayaqda saxlamaq” üçün məhz bu axşam keçiriləcək matçda sərfəli nəticə qazanmaq vacibdi. Odu ki, “köhlən atlar” son saniyələrə qədər döyüşməli, təslim olmamalı, ən əsası, cavab oyunu üçün ümidləri qoruyub-saxlamalıdı. Bəli, bu gün ümid var və bu, sadəcə bizim ağdamlılara inamımızın məhsulu deyil, həm də real şansların qiymətləndirilməsinin nəticəsidi. Razıyıq ki, “Ferentsvaroş”un heyəti daha bahalıdı. Rəqib bu mərhələyə qədər gəlib çatıbsa, yuxarıdan aşağı baxmaq müştəbehlikdən başqa nəsə olmaz. Ancaq “Qarabağ”ın gücünü və təcrübəsini də nəzərə almalı, belə desək, səmimi danışmalıyıq. Hər halda, nə “köhlən atlar” aşkar favoritdi, nə də “yaşıl qartallar”. Təkcə bu məqam Budepeştə zillənəcək gözlərimizin ümidlə baxması üçün kifayətdi.
“Qarabağ”ın heyətində zədəli və ya cəzalı yoxdu. “Ferentsvaroş”un durumu isə fərqlidi. “Yaşıl-ağlar” zədəli olduqları üçün “köhlən atlar”ın sabiq futbolçusu Julio Romao ilə Habib Mayqanın xidmətindən yararlana bilməyəcək. Həmçinin komanda şənbə günü “Puşkaş Akademiyası”na qarşı keçirilən ev oyununda uduzub – 1:2. Düzdü, baş məşqçi Robbi Kin bu matçda 10 aparıcı futbolçusunu start heyətinə salmayıb. Yalnız Qabor Salaiyə şans verilib. İş ondadı ki, əsas rəqiblərdən birinə məğlubiyyət azarkeşləri xeyli qəzəbləndirib. Deməli, bu gün hədəfi reallaşdırmaq üçün şans da var, imkan da!
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Avqust 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see469

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see345

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see330

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see327

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see322

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see321

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see297

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see295

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see294

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see287

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see282

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see281

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see270

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see262

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see260

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see258

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see234

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see230

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see214

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri