Icma.az
close
up
RU
Qarabağ danışıqları ilə bağlı yeni sirlər üzə çıxdı İrəvan sənədləri yaydı

Qarabağ danışıqları ilə bağlı yeni sirlər üzə çıxdı İrəvan sənədləri yaydı

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Ermənistan hökuməti keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, sənədlərin arasında Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın 2016-cı ilin avqustunda rusiyalı həmkarı Vladimir Putinə ünvanladığı məktub da var.

Sarkisyanın məktubunun mahiyyəti: Ermənistanın mövqeyi və Bakı əleyhinə yanaşma

Sarkisyanın Putinə ünvanladığı məktub Ermənistanın Qarabağ münaqişəsində mövqeyini və Prezident İlham Əliyevin timsalında rəsmi Bakının ölkənin maraqlarının müdafiəsində dayandığını açıq şəkildə ortaya qoyur.

Məktubda Ermənistan rəhbərliyi açıq şəkildə Moskvanın vasitəçiliyi ilə münaqişənin məhz öz maraqlarına uyğun şəkildə həll edilməsini istəyir.

Manipulyativ danışıqlar strategiyası və Azərbaycana qarşı ittihamlar

Məktubda bir çox məqamlar Ermənistanın danışıqlardakı manipulyativ strategiyasını üzə çıxarır və Azərbaycan tərəfinin haqlı mövqeyinə qarşı narazılıq tonunda səsləndirilmiş fikirlərlə doludur.

Sabiq prezident Rusiya liderindən Azərbaycanı prosesdə neytrallaşdırmağı, hətta Bakıya təzyiq göstərməyi xahiş edir.

Madrid prinsipləri və Kazan sənədi ilə bağlı manipulyativ təqdimat

Azərbaycan 2007-ci ildən bəri üzərində işlənən Madrid prinsiplərindən belə imtina etdi”, – Sarkisyan yazır.

O iddia edir ki, guya danışıqlar balanslı olub və Azərbaycanın mövqeyi prosesi pozub.

Sitatlardan biri isə belədir: “Ermənistan Kazan sənədinə düzəlişlər verməkdən imtina etmişdi, o şərtlə ki, Azərbaycan da eyni şəkildə addım atsın. Təəssüf ki, Azərbaycan Prezidenti Kazanda əvvəlcədən razılaşdırılmış ifadələrə 10-dan çox düzəliş təqdim etdi. Bundan başqa, Azərbaycan 2007-ci ildən bəri Madrid prinsiplərindən belə imtina etdi”.

“Əvvəlcə ərazilər, sonra digər məsələlər” formulu: Ermənistanın əsas narahatlığı

Ermənistan tərəfi bu şəkildə Azərbaycanı konstruktiv olmamaqda ittiham etməyə çalışır. Halbuki həmin sənədlər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zidd olduğuna görə qəbul edilə bilməzdi. “Əvvəlcə ərazilər, sonra bütün digər məsələlər” formulu Ermənistanı narahat edib.

Məktubda Bakı tərəfindən irəli sürülən haqlı prinsip, yəni işğal olunmuş rayonların qaytarılmasından sonra digər məsələlərin müzakirəsi İrəvanı ciddi narahat edib.

Ermənistanın mövqeyi: işğalın mərhələli aradan qaldırılması “təhlükə” kimi təqdim olunur

Belə ki, Ermənistan tərəfi bunu təhlükə kimi təqdim edir: “Azərbaycan tərəfinin “əvvəlcə ərazilər, sonra bütün digər məsələlər” formulu son dərəcə təhlükəlidir. Bu zaman Ermənistan və Dağlıq Qarabağ prosesin girovuna çevrilərdi”.

Bu sitat göstərir ki, Ermənistan işğalın mərhələli şəkildə aradan qaldırılmasından belə ehtiyatlanıb: “Bakı gərginliyi artırdı və genişmiqyaslı hərbi təcavüzə gətirib çıxardı”.

Azərbaycanı gərginliyi artırmaqda ittiham edən iddialar

Sabiq prezident məktubda Azərbaycanı münaqişəni qızışdırmaqda ittiham edir: “Bakı gərginliyi məqsədyönlü şəkildə artırdı və nəticədə bu ilin aprel ayında Dağlıq Qarabağa qarşı genişmiqyaslı hərbi təcavüzə gətirib çıxardı”.

Azərbaycan tərəfi isə həmin dövrdə dəfələrlə bildirirdi ki, gərginlik Ermənistanın təxribatları nəticəsində yaranırdı.

Sankt-Peterburq sammiti ilə bağlı narahatlıq

Məktubda Sankt-Peterburq sammiti barədə narahatlıq ifadə olunur. Sarkisyan Prezident İlham Əliyevin sammitin nəticələrinə dair bəyanatından ciddi narahat olduğunu yazır: “Bu, ya prosesin pozulmasına yönəlmiş təxribatdır, ya da gələcək üçün maksimalist mövqeni rəsmiləşdirmək cəhdidir”.

5 rayonun qaytarılması Ermənistanı ciddi təşvişə salır

5 rayonun qaytarılması məsələsi Ermənistanı təşvişə salıb. Məktubda Sarkisyan açıq şəkildə bildirir ki, yalnız 5 rayonun qaytarılması belə onların “təhlükəsizlik zonasını” məhv edəcək: “Bu, Dağlıq Qarabağın “təhlükəsizlik zonasının” əhəmiyyətli dərəcədə daralması demək olardı. Real ərazilərin təhvil verilməsi kompensasiya edilə bilməz”.

Bu, İrəvanın 30 illik işğal faktını “təhlükəsizlik” kimi qələmə vermək cəhdinin daha bir nümunəsidir.

Laçın və Kəlbəcərlə bağlı qeyri-real tələblər

Məktubda Ermənistanın absurd tələbləri də var. Belə ki, Sarkisyan Laçın və Kəlbəcərin Azərbaycana qaytarılmamasını, Ermənistanın açıq şəkildə Dağlıq Qarabağın Azərbaycan ərazilərindəki nəzarətini qorumağı tələb edir: “Kəlbəcər və Laçın rayonları Dağlıq Qarabağın nəzarətində qalmalıdır”. Bu tələblər Ermənistanın kompromisə hazır olduğunu iddia etməsinin əksini göstərir.

Referendumla bağlı manipulyativ şərtlər

Ermənistanın sabiq prezidentinin Putinə məktubunda referendumun yalnız Ermənistanın istəyinə uyğun keçirilməsi tələbinə dair də qeyri-real şərtlər var: “Səsverməyə çıxarılacaq suallar hər hansı məhdudiyyət olmadan istənilən statusun seçilməsinə imkan verməlidir”. Bu, Azərbaycanın ərazi bütövlüyünə açıq meydan oxumaq idi.

Məktubun göstərdiyi həqiqət: Ermənistan səmimi olmayıb

Nəticə etibarilə məktub Ermənistanın Qarabağ siyasətinin mahiyyətini açır.

Sarkisyanın Putinə yazdığı məktub göstərir ki, Ermənistan danışıqlarda səmimi olmayıb, Azərbaycanın ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən maksimalist mövqe tutub, Rusiyadan açıq şəkildə təzyiq aləti kimi istifadə etməyə çalışıb, “təhlükəsizlik zonası” adı altında işğalı qorumağa səy göstərib, gələcək referendumun nəticəsini əvvəlcədən manipulyasiya etməyə çalışıb.

Bu məktub Ermənistanın uzun illər boyu münaqişənin sülh yolu ilə həllini deyil, işğal status-kvosunun mümkün qədər uzadılmasını hədəflədiyini bir daha təsdiq edir.

Məktub həm də Prezident İlham Əliyevin danışıqlar boyu Azərbaycanın maraqlarından bir addım belə geri çəklilmədiyinin açıq etirafıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Dekabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see257

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see215

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see205

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see197

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see163

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see159

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see158

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see150

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see148

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see144

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see143

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see142

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see141

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see140

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see131

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri