Icma.az
close
up
RU
Qarabağ düyününün açılmasında həlledici amil

Qarabağ düyününün açılmasında həlledici amil

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

İkinci Qarabağ savaşının 24 - cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazılıb.

1993-cü il oktyabrın 29-da Ermənistan tərəfindən işğal olunan Zəngilan rayonu tamamilə dağıdılıb, zəngin təbii ehtiyatları talanaraq xarici ölkələrə daşınıb. İyirmi yeddi il davam edən işğal dövründən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz uğurlu hərbi əməliyyatlar nəticəsində rayonu erməni quldur birləşmələrindən təmizləməyə nail olub. 44 günlük Zəfər yürüşündə hər gün gələn qələbə xəbərləri sırasında növbə Zəngilan rayonuna da çatdı: Zəngilan şəhəri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri işğaldan azad edildi. Oktyabrın 20-də Prezident İlham Əliyev bu xoş xəbəri xalqa çatdırdı: “ Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Zəngilan işğaldan azad edildikdən sonra Zəngəzur bölgəsinə nəzarət imkanları yaranıb. Həmçinin Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyinin düşməndən təmizlənməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi bərpa edilib. Dövlət sərhədi nəzarətə götürülməklə Ermənistana gətirilən hərbi yüklərin qarşısı alınıb. Rayonun işğaldan azad edilməsi Qarabağ düyününün açılmasında həlledici amil oldu. Bartaz, Sığırt, Şükürataz və daha beş yüksəkliyin azad olunması çox böyük strateji üstünlük idi.

Qeyd edək ki, Vətən müharibəsində Zəngilanın azad edilməsi üçün uğurlu “Üç nöqtə” əməliyyatı həyata keçirilib. Bir gün əvvəl ərazinin havadan kəşfiyyatı aparılıb, düşmən haqqında məlumat, onun yerləşmə yeri, canlı qüvvəsi, texnikası, atəş mövqeləri dəqiqləşdirilərək müvafiq qərarların qəbul olunması üçün komanda məntəqəsində təhlil olunub. Növbəti gün gecə saatlarında kiçik çevik qruplar tərəfindən sızma əməliyyatı icra edilərək düşmənə sarsıdıcı zərbələr endirilib və onlar qaçmağa məcbur olublar. Pilotsuz uçuş aparatları vasitəsilə düşmən dərinliklərindəki artilleriya qurğuları, yaxınlaşmaqda olan texnika məhv edilib.

İşğaldan azad edilən şəhərlərimiz kimi Azərbaycan Respublikasında “Zəngilanın azad olunmasına görə” medalı da təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.

İndi Zəngilan yeni inkişaf dövrünü yaşayır. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində icra edildi. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Ötən ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Zəngilan mühüm strateji əhəmiyyətə malik mühüm nəqliyyat qovşağıdır. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun tikintisi əlaqəni gücləndirməyə, Zəngəzur dəhlizi isə yeni iqtisadi perspektivlər və beynəlxalq əməkdaşlıq aça bilər. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi uğuru olacaqdır.

Hazırda Zəngilan rayonunda genişmiqyaslı tikinti-bərpa işləri sürətlə davam etdirilir. Azərbaycanın qədim bölgələrindən biri olan Zəngilanda həyat yenidən öz axarına düşür. Əminik ki, zəngilanlılar öz ata-baba torpaqlarında sülh və əminamanlıq şəraitində yaşayacaqlar.

Nizami Zeynalov
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:380
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Oktyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri