Qarabağ kətəsi ən dadlı necə hazırlanır?
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qarabağ kətəsi - Azərbaycan şirniyyatının dadlı nümunəsi
Milli.Az xəbər verir ki, Qarabağ mətbəxinə məxsus ənənəvi şirniyyatlardan biri olan kətə üçün zəngin xəmir və yağlı içlik hazırlanır.
Reseptə əsasən, xəmir üçün yumurta, şəkər tozu, vanil, kərə yağı və un istifadə olunur. Opara mərhələsində maya, isti süd, un və şəkər qarışdırılaraq xəmirin daha yumşaq və ətirli olması təmin edilir. Xəmir yoğrulduqdan sonra isti yerdə mayalanmaya qoyulur.
İçlik üçün isə rəndələnmiş dondurulmuş kərə yağı, şəkər kirşanı, vanil və un qarışdırılaraq hazırlanır və soyuducuda saxlanılır. Hazır xəmir kündələrə bölünür, yayılır və içliklə qat-qat hazırlanaraq forma verilir.
Üzərinə yumurta sarısı çəkilən kətə əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirilir. Nəticədə içi yumşaq, üstü isə qızılı rəng alan Qarabağ kətəsi süfrəyə təqdim edilir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 17 Aprel 2026 06:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















