Icma.az
close
up
RU
“Qarabağ” Futbol Klubu saytının sualını nəzərə aldı “Çelsi” ilə oyundan öncə komanda yol yorğunu olmadı

“Qarabağ” Futbol Klubu saytının sualını nəzərə aldı “Çelsi” ilə oyundan öncə komanda yol yorğunu olmadı

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasının 10-cu turu çərçivəsində bu gün ilk oyun Azərsun Arenada keçirilir.

Mia.az xəbər verir ki, “Qarabağ” Futbol Klubu (FK) öz meydanında “İmişli” FK-nı qəbul edir. 

Yeri gəlmişkən, bu oyun əslində Quba şəhərində keçirilməliydi. “İmişli” öz şəhərindəki stadionun ot örtüyünün dəyişdirilməsi səbəbiylə ev oyunlarının müvəqqəti olaraq Qubada keçirir.

Lakin “Qarabağ” “İmişli”yə qonaq olmaq əvəzinə, onları necə deyərlər, “ayağına çağırıb”. Səbəbkar isə deyəsən, Mia.az-ın əməkdaşıdı.

Premyer Liqada bundan əvvəlki 9-cu turun son oyununda “Şamaxı” ilə qarşılaşmasından sonra Mia.az-ın əməkdaşı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova bu günki oyunla bağlı sual verərək soruşmuşdu ki, “Çelsi” ilə oyun ərəfəsində “İmişli” ilə oyunun təxirə salınması gözlənilirmi?

Yəni, əhəmiyyətli oyun öncəsi komandanın qorunması, yorulmaması üçün daxili çempionatın qarşılaşması təxirə salına bilərmi? Q.Qurbanov cavabında çox qısa və konkret olaraq, əməkdaşımıza “yox”, - demişdi. 

Amma deyəsən, klub rəhbərliyi sonradan əməkdaşımızın sualı üzərində daha dərindən düşünərək, oyunun təxirə salınması variantı olmasa da, buna yaxın bir çıxış yolunu təklif etməyi qərara alıb. Klubun Peşəkar Futbol Liqasına rəsmi müraciətində bildirilir ki, “Çempionlar Liqasının Liqa mərhələsinin “Çelsi” ilə keçiriləcək oyununa daha yaxşı hazırlaşmaq məqsədilə X turda keçiriləcək “İmişli” – “Qarabağ” oyunu ilə 20-ci turda  baş tutacaq “Qarabağ” – “İmişli” görüşünün yeri dəyişdirilsin”.  

“Qarabağ” klubunun rəsmi müraciətini, “İmişli” klubunun razılığını nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliklə bağlı qərar qəbul edib. Beləliklə, bu gün “İmişli” “Qarabağ”ın qonağıdı, 20-ci turda isə “İmişli”-“Qarabağ” qarşılaşması olacaq. 

Zülfiyyə Mustafayeva
Mia.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://mia.az
archiveBu xəbər 31 Oktyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri