Icma.az
close
up
RU
Qarabağ hər mövqeyə transfer edəcək Mövsümün sonunu gözləyirlər

Qarabağ hər mövqeyə transfer edəcək Mövsümün sonunu gözləyirlər

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qarabağ"ın veteran futbolçusu Emin İmaməliyev apasport.az saytına müsahibə verib.

- "Qarabağ" artıq 12-ci dəfə ölkə çempionluğunu rəsmiləşdirdi. Budəfəki çempionluq da sənin üçün gözlənilən oldu?
- Ümumiyyətlə, son illərdə "Qarabağ" çempionatın sonlarına 3-4 tur qalmış çempionluğunu rəsmiləşdirir. 2024/2025 mövsümündə də onların çempionluğu gözlənilən idi. Hər hada, bu mövsüm də "Qarabağ" çox güclü idi və sonda da istədikləri çempionluğu əldə etdilər. 

- "Qarabağ" sanki bu sezon da Premyer Liqada çətinlik çəkmədi. Səncə, bu mövsüm onlar üçün daha asan alındı?
Məncə, elə oyunlar oldu ki, "Qarabağ" həqiqətən çətin anlar yaşadı. Amma buna baxmayaraq, yenə də qarşılarına qoyduqları məqsədə çatdılar. Bu çempionluğa görə də, "Qarabağ" klubunu təbrik edirəm. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram. Hər halda, layiq olduqları və istədikləri çempionluğu qazandılar. 

- 2025/2026 mövsümündən Premyer Liqada legioner limitinin ləğv ediləcəyini nəzərə alsaq, “Qarabağ”a qarşı çempionluq mübarizəsində rəqiblərinin daha güclü olacağını, onlara çətinlik yaradacağını gözləmək olar?
- Bunu indidən deyə bilmərəm. Çünki mövsüm başa çatmayıb və üstəlik, klublarımız hələ ki transferlər etməyiblər. Hər halda, bu, klublarımızın transferlərindən asılı olacaq. İstənilən halda, fikrimcə, 2025/2026 mövsümü daha da maraqlı keçəcək. Gözləyək, görək. 

- Yeni mövsüm üçün "Qarabağ"ın bir neçə transferi reallaşdıracağı gözlənilir. Hətta Qurban Qurbanov da hər mövqeyə oyunçu transfer edilməsini istədiyini, 6 transfer ola biləcəyini söylədi. Səncə, "Qarabağ" daha çox hansı mövqeyini gücləndirməlidir?
- Mənə elə gəlir ki, "Qarabağ" hər mövqeyə transfer edəcək. Nəzərə alsaq ki, "Qarabağ" Çempionlar Liqasında  oynayacaq, demək ki, transferlər olmalıdır. Komandaya yeni qan lazımdır. Fikrimcə, onlar özü də bunu düşünür və planlaşdırır. Məncə, yeni transferlər edəcəklər. Sadəcə yəqin ki, mövsümün sonunu gözləyirlər.

- "Qarabağ" mövsümü "qızıl dubl"la bitirə bilər. Bunun üçün isə onlar ölkə kubokunun finalında "Sabah"ı məğlub etməlidir. Səncə, bunu reallaşdıra biləcəklər?
- "Qarabağ"ın "Sabah"a qarşı oyunları hər zaman maraqlı və gərgin mübarizə şəraitində keçib. İnanıram ki, bu dəfə də maraqlı və gözəl oyun olacaq. Hansı komanda güclüdürsə, o da qalib gəslin. Sadəcə hər iki komandaya finalda uğurlar arzulayıram. Gözəl görüş olacağını düşünürəm.

Sofian Fequli Azərbaycan yolunda - ÖZÜ GƏLMƏK İSTƏYİR “Qarabağ” üçün şans: PSJ FİNALA ÇIXMALIDIR! II Liqa: XXIV tura yekun vurulub Slavik Alxasov: “İkinci dövrəyə stabil start verə bilmədik” Minifutbol turnirinin püşkü atılıb - FOTO
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://apasport.az
archiveBu xəbər 08 May 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri