Icma.az
close
up
RU
Qarabağ ın sabiq futbolçusu gürcülərin sirrini açdı Azərbaycan millisinin dərdini göstərdi

Qarabağ ın sabiq futbolçusu gürcülərin sirrini açdı Azərbaycan millisinin dərdini göstərdi

Icma.az bildirir, Sportal.az portalına istinadən.

Onun Azərbaycan futboluna gəlişi və parlaması ani oldu. Qısa zamanda diqqətləri özünə cəlb etdi. “Neftçi”nin Ermənistan “Pünik”i üzərindəki tarixi qələbəsində (2:0) onun da qolla payı vardı.

Zaman keçdikcə oyunu, nizam-intizamı və əzmklarlığı ilə Azərbaycan futboluna rəng qatdı. “Neftçi”dən savayı, “Bakı”, “Qarabağ” və “İnter”in formasını geyindi. Hər birində qollarını sıraladı və azarkeşlərin zövqünə oxşamağa çalışdı.

Azərbaycan çempionatında çıxış etdiyi 10 il ərzində 61 qol vurdu və aşağı-yuxarı bir o qədər də məhsuldar ötürmə müəllifi oldu. Hətta Azərbaycan Premyer Liqasının bombaridir olmağa imkan tapdı. Avrokuboklarda klublarımız üçün əlindən gələni etdi. Gedəndə də hörmətli getdi. Üstündən illər keçsə də, bu gün də unudulmur. Georgi Adamiya adı gələndə hər kəs onu təbəssümlə xatırlayır. O da Azərbaycanı və futbolumuzu diqqətdə saxlayır.

Bu gün ona görə Gürcüstanın U-21 millisinə azarkeşlik edənlər də var. O, bu komandanın məşqçilər korpusunda yer alıb və müasir Gürcüstan futbolu üçün tarix yazanlardan biridir.

Bütün bu məqamları nəzərə alıb onunla əlaqə saxladıq. “Bico” deyə xitab etdiyimiz Georgiyə mesaj yazanda əslində ilk bəhanəm komandasının Malta səfərində 5:0 hesablı qələbəsini təbrik etmək idi. Və fürsət düşmüşkən onunla Gürcüstan futbolunun bu günündən, "Qarabağ"dan danışdıq, keçmiş günləri xatırladıq.

– Bir müddətdir Gürcüstan U-21 millisində çalışırsınız. İşləriniz necə gedir? Cari ili sizin üçün uğurlu hesab etmək olar?
– Bu ili uğurlu saymaq olar. Slovakiyada Avropa çempionatında iştirak etdik. Təəssüf ki, qrupdan çıxa bilmədik, amma hesab edirəm ki, ləyaqətli çıxış etdik. Sentyabrdan yeni nəsillə birlikdə yeni seçmə mərhələyə başladıq və hər şey plan üzrə gedir.

– Gürcüstanın əsas yığması ilə yanaşı, gənclərdən ibarət milli komandalarına da böyük maraq var. Çünki hər il bir neçə gənc gürcü futbolçu Avropa klubları tərəfindən kəşf edilir.
– Əlbəttə, futbolçularımızın Avropada karyerasını davam etdirməsi həmişə sevindiricidir. Bu, əvvəlki nəsildə də belə idi və əminəm ki, indiki gənclər də Avropa klublarına keçə biləcəklər. Belə faktlar məsuliyyətimizi artırır, amma eyni zamanda motivasiyamızı da yüksəldir.

– Azərbaycan futboluna və ölkəmizə bələdsiniz, karyeranızın 10 ili burada keçib. Azərbaycan futbolunun Gürcüstandan geri qalmasının səbəbi nədir? Problemləri nədə görürsünüz?
– Gürcüstan millisində demək olar ki, bütün futbolçular Avropada oynayır və bu təcrübə beynəlxalq oyunlara çox müsbət təsir göstərir. Azərbaycanda isə yığma üzvlərinin əksəriyyəti yerli çempionatda çıxış edir. Məncə, iki ölkə futbolu arasındakı əsas fərq də elə bundadır.

– Gürcüstanın uşaq futbolu hazırda regionda ən yaxşıdır. Bunun sirri nədir? Azərbaycan üçün nə kimi nümunələr göstərə bilərsiniz?
 Bir çox futbol məktəbi var və bəzilərinin infrastrukturu çox yaxşı səviyyədədir. Skaut sistemi də yaxşı inkişaf edib. Çoxlu sayda gənc futbolçu fərdi məşqçilərlə çalışır. Bu məşqçilər onlarla həm texniki, həm də fiziki baxımdan fərdi şəkildə məşğul olurlar.

– Qafqazda maraqlı vəziyyət var. Ən güclü klub da Azərbaycana məxsusdur. Söhbət əlbəttə ki, sizin də çıxış etdiyiniz “Qarabağ”dan gedir. Lakin milli komanda və futbolçu yetişdirmək baxımından Azərbaycan sizdən geri qalır…
– “Qarabağ” hazırda ən yüksək səviyyədədir. Onlar uzun illərdir Avropa kuboklarında sabit çıxış edirlər və mən bu klubun bütün uğurlarına çox sevinirəm. Bu, həm təşkilatçılıq, həm də sistemli işin nəticəsidir.

– “Qarabağ”dan söz düşmüşkən, bu klubun Avropadakı ilk addımlarında heyətdə siz də yer almısınız. Nə vaxtsa bu komandanın belə uğurlara imza atacağını gözləyirdiniz?
– Bəli, gözləyirdim. Çünki hər şey buna doğru gedirdi. Mən “Qarabağ”da oynayarkən pley-off mərhələsinə qədər yüksəlirdik, amma qrup mərhələsinə düşə bilmirdik. Zamanla komanda bu səviyyəyə çatdı və artıq hər il Avropanın qrup oyunlarında çıxış edir.

– Bir vaxtlar komanda yoldaşınız, daha sonra sizin baş məşqçiniz olan Qurban Qurbanovdan nəinki regionda, hətta dünyada danışılır. Onunla bu yolda ilk addımları atanlardan biri olmusunuz. Bu hekayə necə başladı? Qurbanovun uğurlarının sirrini nədə görürsünüz?
– Qurban Qurbanovla sonuncu dəfə “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandığı vaxt danışmışdıq. Onu və bütün klubu təbrik etmişdim. Onun uğurunun sirri daim zəhmət və peşəkarlıqdır. Futbola yanaşması, intizamı və idarəetmə bacarığı onu fərqləndirir.

– Qurban Qurbanovun məşqçi korpusunda sizin bir neçə keçmiş komanda yoldaşlarınız, məsələn, Zaur Tağızadə, Elçin Rəhmanov da var. Onlarla birgə çalışmaq istəyərdiniz?
– Əlbəttə, münasibətlərimin çox yaxşı olduğu insanlarla bir yerdə işləmək mənim üçün xoş olardı (gülümsəyir).

– Azərbaycan futbolunda kimlərlə münasibətiniz qalıb?
– Əlaqəm olan, münasibətlərimin qaldığı çoxlu dostlarım var. Bəziləri ilə mütəmadi əlaqə saxlayıram, bəziləri ilə isə uzun müddətdir görüşməmişəm, amma yenidən görməyi çox istərdim.

– Futbolçu kimi Azərbaycanda iz qoydunuz. “Pünik”lə oyunlardan başlayaraq, Azərbaycan futbolunun bir sıra uğurlarında pay sahibi oldunuz. Məşqçi kimi bura qayıtmağı düşünürsünüz?
– Əgər belə bir imkan olsa, böyük məmnuniyyətlə Azərbaycana qayıdaram. Çünki karyeramın ən yaxşı illəri orada keçib. Bu ölkə mənim üçün çox doğmadır və ora yenidən qayıtmaq böyük xoşbəxtlik olardı.

– Azərbaycanda bir neçə klubun formasını geyinibsiniz, çox sayda oyun keçiribsiniz. Sizin üçün unudulmaz matçlar və ya qollar var?
– “Neftçi”də oynayarkən “Karvan”a vurduğum qolu heç vaxt unutmuram. Oyun baxımından isə “Qarabağ” – “Visla” (red - Bakıda 3:2 hesablı qələbə) qarşılaşmasını xatırlayıram. Həmçinin “Borussiya Dortmund”la oyunumuzu da. Qalib gəlməsək də, Yurgen Kloppun rəhbərlik etdiyi belə bir komandaya qarşı oynamaq mənim üçün böyük təcrübə idi.

– Azərbaycan və Bakı üçün darıxmısınız?
– Bəli, Bakı, xüsusilə də İçərişəhər üçün çox darıxıram. Bir neçə ildir orada olmamışam, amma indi noyabrın 5-də keçiriləcək “Qarabağ” – “Çelsi” oyununa gəlməyi planlaşdırıram. O zaman həm sevdiyim yerləri gəzəcək, həm də uzun müddətdir görmədiyim dostlarla görüşəcəyəm. (Publika.az)

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sportal.az
archiveBu xəbər 17 Oktyabr 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri