Qarabağ la matçda əlimizdən gələnin ən yaxşısını edəcəyik Süleyman Əhmədov
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Premyer Liqanın ilk turunda "Qəbələ" ilə bərabərliyə razılaşan (1:1), ardından "Kəpəz"i məğlub edən (3:2) "Karvan-Yevlax" növbəti çempionat qarşılaşmasını "Qarabağ"a qarşı keçirəcək. "Ağ-qaralar"ın müdafiəçisi Süleyman Əhmədovla əlaqə saxlayıb həm Gəncə təmsilçisi üzərində qələbə barədə fikirlərini soruşduq, həm də artıq Çempionlar Liqasının Liqa mərhələsinə yüksələn "köhlən atlar"la dueldən gözləntilərini bölüşməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Kəpəz" üzərində qələbə bizim üçün çox vacib idi. Hər oyunda xal və xallar qazanmağa çalışacığıq. Çempionat yeni başlayıb, Premyer Liqa uzun marafondur. İndidən mümkün qədər çox xal toplamaq barədə düşünməliyik.
Növbəti görüşümüz "Qarabağ"la olacaq. Bizi böyük komandaya qarşı çətin oyun gözləyir. Bu oyuna yaxşı hazırlaşıb istəkli, ürəkli mübarizə aparmağı hədəfləmuşik. "Qarabağ"la matçda əlimizdən gələnin ən yaxşısını edəcəyik".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 28 Avqust 2025 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















