Icma.az
close
up
RU
Qarabağ minalardan nə vaxt tam təmizlənəcək? Tarix açıqlandı

Qarabağ minalardan nə vaxt tam təmizlənəcək? Tarix açıqlandı

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə 298 min hektardan çox sahə minalardan və digər partlayıcı sursatlardan təmizlənib.

Rəsmi məlumatlara görə, bu müddətdə 260 mindən çox mina və digər partlayıcı sursat zərərsizləşdirilib.

İndiyədək isə 437 Azərbaycan vətəndaşı mina hadisələrinin qurbanı olub. Onlardan 73 nəfər həlak olub, 364 nəfər isə ağır yaralanıb.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Məsələ ilə bağlı “Bakupost”a hərbi ekspert Ədalət Verdiyev minatəmizləmə prosesinin başa çatması üçün təxminən 25 il vaxt lazım ola biləcəyini deyib. Onun sözlərinə görə, hazırkı temp qorunarsa, ərazilərin tam təmizlənməsi təxminən 2045-ci ildə başa çata bilər:

“Prosesin sürətləndirilməsi mümkündür. Bunun üçün əlavə donorlar, maliyyə vəsaiti, hazırlıqlı minatəmizləmə heyətləri, texnika və avadanlıqlar lazımdır. Hazırda minatəmizləmə işlərinin böyük hissəsi Azərbaycanın öz imkanları hesabına həyata keçirilir. Azərbaycan prosesi sürətləndirmək üçün müasir texnologiyalardan və innovativ üsullardan istifadə istiqamətində addımlar atır.

Lakin prosesi maksimum 15-20 faiz sürətləndirmək mümkün ola bilər. Çünki söhbət yalnız minalardan getmir. Ərazilərdə partlamamış hərbi sursatlar da var. Onların bir qismi insanların ayaq basmadığı ərazilərdə yerləşir. Bu isə prosesin daha uzun çəkməsinə səbəb olur”.

Lalə, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 Sentyabr 2026 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri