Icma.az
close
up
RU
Qarabağ oyunun taleyini ilk 20 dəqiqədə həll etdi Füzuli Məmmədov

Qarabağ oyunun taleyini ilk 20 dəqiqədə həll etdi Füzuli Məmmədov

Icma.az bildirir, Fanat portalına istinadən.

Dünən UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda tək qolla yendiyi "Şkendiya"nı Bakıda darmadağın edən (5:1) "Qarabağ" pley-offda oynamaq hüququ qazandı. Azərbaycan təmsilçisi bu raundda Macarıstan "Ferentsvaroş"u ilə üz-üzə gələcək. "Neftçi"nin və 17 yaşçadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq çalışdırıcısı Füzuli Məmmədovla əlaqə saxlayıb mübarizəni dəyərləndirməsini xahiş etdik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Qarabağ" rəqibini çox yaxşı təhlil etmişdi. Əminəm ki, çatışmazlıqlar üzərində də yaxşı işləmişdilər. Cavab qarşılaşması göstərdi ki, təmsilçimizin məşqçilər korpusu "Şkendiya"nın zəif və güclü tərəflərini çox yüksək səviyyədə analiz edib. Rəqib ilk dəqiqələrdən pressinq etməyə, aqressiv futbol sərgiləməyə çalışsa da, planını həyata keçirə bilmədi. Marko Yankoviçin zədəsini tam sağaldaraq sıraya dönməsi və öz mövqeyində çıxış etməsi "Qarabağ"ın özü kimi oynaması ilə nəticələndi. Həm də Kadinin nəhayət ki, öz mövqeyində mübarizə aparması vurğulanmalıdır. Braziliyalı yarımmüdafiəçi rəqibin yarımmüdafiə və müdafiə xətti arasındakı boşluqlarından məharətlə faydalandı. Bu boşluqlar ilk matçda da sezilirdi, lakin bəlli məsələdir ki, Skopyedəki qarşılaşmada mərkəz yarımmüdafiəçisi ampluasında yer alan Emmanuel Addai Kadinin etdiyini edə bilmirdi. 

Komandamız təzyiq altında həm birinci, həm də ikinci zonadan kəsərli hücumlar qurdu və nəyə qadir olduğunu isbatladı. Hesabı rəqib açsa da, "Qarabağ" oyunun taleyini ilk 20 dəqiqədə həll etdi. 5:1 hesablı qələbə öz yerində, Azərbaycan çempionu rəqibini bütün komponentlərdə üstələdi. "Şkendiya" Bakıdakı matçda xüsusi nə iləsə yadda qalmadı. Belə desəm, "Qarabağ"a sürpriz hazırlaya bilməmişdilər. Komandamızı və bütün futbolsevərləri təbrik edirəm, Azərbaycan çempionuna pley-off mərhələsində üz-üzə gələcəyi "Ferentsvaroş"la mübarizədə uğur arzulayıram!"    

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://fanat.az
archiveBu xəbər 13 Avqust 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see174

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see156

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see141

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see139

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri