Icma.az
close
up
RU
Qarabağ qalib gələ biləcək? Ekspert şansları dəyərləndirdi

Qarabağ qalib gələ biləcək? Ekspert şansları dəyərləndirdi

Metbuat saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ" bu gün səfərdə İrlandiyanın “Şelburn” klubu ilə üz-üzə gələcək. Maraqlıdır, görəsən, Azərbaycan təmsilçisi bu çətin oyundan qalib ayrılmağı bacaracaq?

Futbol eksperti Kənan Məstəliyev Metbuat.az-a fikirlərini bölüşüb. Onun sözlərinə görə, İrlandiya çempionatı o qədər də güclü deyil, ancaq hər halda həmin ölkənin çempionu olan komandaya ciddi yanaşmaq lazımdır:

“”Şelburn”un əvvəlki matçlarını izləyən biri olaraq deyə bilərəm ki, bu komandaya qeyri-ciddi yanaşmaq, yuxarıdan aşağı baxmaq düzgün deyil. Çempionatın ilk təsnifat mərhələsində “Linfield”lə matçda “Şelburn”un aktiv, sürətli, çevik və fiziki cəhətdən yaxşı hazırlıqlı komanda olduğunu gördük. İstəkləri, əzmləri var və qələbə qazanmaq üçün oynayırlar. Sadəcə əsas fərq ondadır ki, “Qarabağ”ın futbolçularının keyfiyyəti rəqiblərinkindən daha yüksəkdir. “Şelburn”da “Yankoviç”, “Medina”, “Zubir” və digərləri səviyyəsində oyunçular yoxdur. Yəni fərdi keyfiyyət baxımından geri qalırlar. Bəli, çoxlu epizodlar yarada bilirlər, istər standart vəziyyətlərdən, istər meydanın mərkəzindən müxtəlif variasiyalarla hücuma keçirlər. Amma son nöqtəni qoymaqda çətinlik çəkirlər. Bu da futbolçu keyfiyyətlərinin aşağı olması ilə bağlıdır”.

K.Məstəliyevin fikrincə, əgər “Qarabağ” öz sistemli oyununu qoruya bilsə, xüsusilə də ilk 15-20 dəqiqədə pressinq tətbiq edib rəqibi yorsa və onların oyununu poza bilsə, səfərdən sərfəli nəticə ilə dönmək olar.

“Hətta bu baş verməsə və səfərdə nəticə istənilən kimi olmasa belə, ümumilikdə mərhələni keçməyə daha yaxın olan tərəf “Qarabağ”dır. Favorit məhz Azərbaycan təmsilçisidir və şansımız rəqibə nisbətdə daha çoxdur”, - deyə ekspert əlavə edib.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 23 İyul 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri