Icma.az
close
up
RU
“Qarabağ” Qubada, “Sabah” Qəbələdə oynayacaq

“Qarabağ” Qubada, “Sabah” Qəbələdə oynayacaq

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gündən etibarən Misli premyer-liqasında mövsümün növbəti gərgin oyunlarının şahidi olacağıq. Ona görə ki, elita klublarının yarışında 20-ci tura start veriləcək.

Bütün komandalar mümkün qədər çox xala ehtiyac duyursa, ehtirasları cilovlamaq, heç şübhəsiz, imkansız görünür. Odu ki, turun oyunlarını həyəcanla izləməyə dəyər. Təbii ki, sizə necə uyğundusa. İstər tribunadan, istərsə də “CBC Sport”un canlı yayınından.
Misli premyer-liqası
2-ci dövrə, 20-ci tur
14 fevral
İmişli – Qarabağ

“İmişli” bu rəqiblə evdə ilk dəfə qarşılaşacaq.
Cəzalı: Edvin Banqera (İmişli).
“Futbol+”in proqnozu: 20-30-50.
Quba, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.30.
Çempionatda ardıcıl 7 oyundu qələbəyə həsrət qalan “İmişli”nin işləri yolunda getmir. Komanda həm fiziki, həm də psixoloji yorğunluqla mübarizə aparır. Aran təmsilçisi faktiki mövsümün ilk yarısında qazandığı xallarla “qidalanır”. Əks halda, bu bölgə təmsilçisi də aşağı pillələrdə qərarlaşan başqa kollektivlər kimi premyer-liqanı tərk etməyə namizədlər sırasında görünəcəkdi. Və Jorj Kaşkilyanın yetirmələri ən qısa müddətdə tilsimi qırmasa, məhz belə aqibətlə üzləşəcək. O başqa məsələ ki, “Qarabağ”la oyunda nəinki xal qazanmaq, qalib gəlmək belə “İmişli” üçün möcüzəyə bərabər olacaq. Təkcə ona görə yox ki, “köhlən atlar”la aradakı səviyyə fərqi dərindi. Həm də ona görə ki, çempionluq uğrunda mübarizə aparan ağdamlılar lider “Sabah”la aradakı xal fərqinin artmasına imkan verə bilməz.
Əlbəttə, bu arada oyunun keçiriləcəyi stadionun ot örtüyünün biabırçı durumunu da xatırlatmalıyıq. Çünki xüsusən qonaqlar belə qazonun üzərində top qovmaqda ciddi çətinliklə üzləşəcək. Hər halda, “Qarabağ” Qubaya yalnız qələbə ardınca yollanacaq. “İmişli” isə iddialı rəqibdən heç olmasa bir xal qoparmağın yollarını tapmalıdı.
Xatırladaq ki, bu komandalar indiyə qədər bir dəfə qarşılaşıb. Ötən ilin oktyabrında “köhlən atlar”ın qonağı olan “İmişli” səfərdən məyus qayıdıb – 0:2.
Zirə – Karvan-Yevlax
“Zirə” bu rəqiblə evdə ilk dəfə qarşılaşacaq.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 50-30-20.
Zirə, İdman Kompleksinin stadionu. Saat 17.00.
“Zirə” Sumqayıtda qazandığı əzmkar qələbə sayəsində 5 oyun davam edən qələbə həsrətinə son qoydu. Bununla turu 4-cü pillədə tamamlayan qəsəbə təmsilçisi indi mövqeyini qorumaq uğrunda mübarizə aparmalıdı. “Sumqayıt”ın nəfəsini hiss edən, “Neftçi”nin sürətlə xal ehtiyatını artırdığını görən “qartallar” daha istəkli, daha inamlı oynamalıdı ki, rəqiblərini sevindirməsin. “Karvan-Yevlax” haqda isə deyiləcək çox söz yoxdu. Komanda nəinki qələbənin, “sülh”ün belə formulunu tapa bilmir. Bölgə təmsilçisi son 17 matçda cəmi iki dəfə heç-heçə edib, qalanlarında uduzub! Belədə premyer-liqanı tərk etməyə əsas namizəd kimi göstərilən Yevlax təmsilçisinin Zirədən sərfəli nəticə ilə qayıdacağına inanmaq çətindi.
Komandalar indiyə qədər bir dəfə üz-üzə gəlib. Həmin matçda “qartallar” səfərdə 3:2 hesablı qələbə qazanıb.
15 fevral
Kəpəz – Neftçi

“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 29:+14=5-10, 33:37.
1992 - 1:0; 1992/93 - 2:0; 1993/94 – 1:0; 1994/95 – 2:1; 1995/96 – 0:0, 2:1; 1996/97 – 1:1; 1997/98 – 2:0; 1998/99 – 2:0, 1:0; 1999/00 – 1:0; 2000/01 – 1:3; 2001/02 – 2:1; 2003/04 – 1:2; 2004/05 – 0:1; 2005/06 – 0:5; 2010/11 – 0:4; 2011/12 – 1:1; 2012/13 – 0:3; 2015/16 – 1:1, 1:2; 2016/17 – 2:0, 2:0; 2017/18 – 0:1, 1:2; 2022/23 – 0:2, 1:3; 2023/24 – 1:0, 3:3; 2024/25 - 4:3, 1:0.
Cəzalı: Elvin Bədəlov (Neftçi).
“Futbol+”in proqnozu: 30-30-40.
Yevlax, şəhər stadionu. Saat 14.30.
Düzdü, əzəli rəqiblə qarşılaşma “Kəpəz” üçün xüsusi əhəmiyyət daşıyır. Ancaq premyer-liqada qalmağa çalışan Gəncə təmsilçisi həm də hədəfə çatmaq üçün tər tökməlidi. “Sarı-göylər” xeyli xal itirməsinə rəğmən, “Karvan-Yevlax”ın silsilə uğursuzluqları sayəsində bir qədər arxayındı. Ancaq işi şansa buraxmaq olmaz. Komanda bütün oyunlarda yalnız qələbəyə can atmalıdı ki, sonda sürprizlə qarşılaşmasın. “Neftçi isə bu il məğlub olmayıb. “Ağ-qaralar” daha bir qələbə qazanmaqla turnir cədvəlində “Araz-Naxçıvan”ı qabaqlamaq şansından yararlanmağa çalışacaq. Komanda Yuri Vernidubun rəhbərliyi altında ümidləri doğrultmaqdadı. Görəsən, bakılılar həqiqətən ilk “dördlük” istiqamətində inamla irəliləyə biləcəkmi?
Komandalar indiyə qədər 64 dəfə qarşılaşıb. Bunların 21-də “Kəpəz”, 31-də “Neftçi” qalib gəlib, 12-də “sülh” qeydə alınıb. Topların nisbətində “ağ-qaralar” öndədi – 107:65.
Araz-Naxçıvan – Sumqayıt
“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunlarının balansı: 4:+2=2-0, 5:2.
2023/24 – 1:1, 1:1; 2024/25 – 1:0, 2:0.
Cəzalı: Patrik Andrade (Araz-Naxçıvan).
“Futbol+”in proqnozu: 30-30-40.
Bakı, “Liv Bona Dea Arena”. Saat 17.00.
Avrokuboklara iddialıların dueli də maraqla gözlənilir. Çünki bir tərəfdə son üç matçda qalib gələ bilməyən, bu azmış kimi, 10 qol buraxan “qırmızı-ağlar”, digər tərəfdə isə son 5 oyunun yalnız birində qələbə qazanan “kimyaçılar” var. O başqa məsələ ki, “Sumqayıt”ı bu görüşdə daha şanslı saya bilərik. Axı “gənclik şəhəri”nin təmsilçisi rəqibiylə müqayisədə daha intizamlı, əzmkar və baxımlı oyun göstərir. Elmar Baxşıyevin yerinə gələn Andrey Demçenko isə hələ baş məşqçilik baxımından özünü doğrulda bilmir. Baxmayaraq ki, iş başına keçməzdən əvvəl iddialı açıqlamalarla yadda qalmışdı. Öz aramızdı, “gənclik şəhəri”nin təmsilçisi rəqibin bu vəziyyətdən maksimum yararlana, tarixində ilk dəfə “qırmızı-ağlar”ın meydanından qalib ayrıla bilər.
Bu komandalar indiyə qədər 9 dəfə üz-üzə gəlib. Hərəyə 3 qələbəsi olan kollektivlərin qalan duelləri heç-heçə bitib. Topların nisbətində də bərabərlik var – 8:8.
16 fevral
Şamaxı – Turan Tovuz

“Şamaxı”nın bu rəqiblə ev oyularının balansı: 4:+0=1-3, 2:5.
2022/23 – 0:1, 0:1; 2024/25 – 2:2, 0:1.
Cəzalı: Filip Ozobiç (Turan Tovuz).
“Futbol+”in proqnozu: 30-30-40.
Şamaxı, şəhər stadionu. Saat 14.30.
“Qarabağ”ı ölkə kubokunun ilk 1/4 final oyununda məğlub edən “Şamaxı” premyer-liqa matçında da eyni uğura imza atmağa yaxın idi. Lakin 90+4-cü dəqiqədə fərqlənən “köhlən atlar” “şirlər”in ovuna çevrilməkdən qurtuldu. Ayxan Abbasovun komandası artıq daha istəkli və sürətli oyunla diqqəti çəkir. İndi həmin performansı “Turan Tovuz”a qarşı sərgiləmək vacibdi. Odu ki, bölgə təmsilçisi son anda gələn məğlubiyyətin təsirindən xilas olmalı və “bozqurd”la duelə köklənməlidi. Tovuzluların məqsədi isə 3-cü sırada möhkəmlənməkdi. Əlbəttə, bunun üçün səfərdən qələbə ilə ayrılmaqdan başqa yol yoxdu. Axı növbəti sıralarda qərarlaşan “Zirə” və “Sumqayıt”ın da gözü yuxarılardadı.
Bu komandalar indiyə qədər 9 dəfə üz-üzə gəlib ki, 1-də “Şamaxı”, 5-də “Turan Tovuz” qələbə qazanıb, 3-də qalib müəyyənləşməyib. Topların nisbətində “bozqurd” öndədi - 13:10.
Qəbələ – Sabah
“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 11:+4=3-4, 12:15.
2018/19 – 2:1, 0:0; 2019/20 – 1:2; 2020/21 – 2:1, 2:2; 2021/22 – 1:3, 1:1; 2022/23 – 0:2, 0:3; 2023/24 – 1:0, 2:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 20-30-50.
Qəbələ, şəhər stadionu. Saat 17.00.
İlin ilk məğlubiyyətini “Neftçi”nin meydanında yaşayan “Qəbələ” indi daha güclü, iddialı rəqiblə qarşılaşacaq. “Qırmızı-qaralar” bu oyunda azı bir xal qazanmaqla təhlükəli zonadan bir qədər də uzaqlaşmağa çalışacaq. “Sabah” isə yalnız qələbə uğrunda döyüşəcək. Məğlubiyyətin dadını unudan Masazır təmsilçisi bu qarşılaşmada da xal itirməyəcəyi təqdirdə “Qarabağ”la arada olan intriqanın ömrü bir qədər də uzanacaq. Heç şübhəsiz, qəbələli futbolsevərlər bu qarşılaşmada tribunada çoxluq təşkil etməli və elita klubları arasında qalmağı hədəfləyən təmsilçilərini ruhlandırmalıdı. Liderin isə işi gözləniləndən daha çətin ola bilər. Çünki məhz “Qəbələ” “bayquşlar”ın 6 matç davam edən qələbə seriyasını ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda qırdı.
Komandalar indiyə qədər 24 oyunda qarşılaşıb. Bunların 7-də “qırmızı-qaralar”, 14-də “tələbələr” qalib gəlib, 3-də “sülh” olub. Topların nisbətində Masazır təmsilçisi öndədi – 39:22.
Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// “Kəpəz” son 7 qarşılaşmada qol vurub. “Neftçi” son 4 səfərdə qalib gəlməyib.
// “Araz-Naxçıvan” evdəki bütün oyunlarda qol vurub. “Sumqayıt” səfərdə qalib gəlməyib.
// “Turan Tovuz” son 7 görüşdə uduzmayıb. “Bozqurd” bütün matçlarda qol vurub.
// “Qəbələ” – “Sabah” duellərində son 6 matçda meydan sahibi komanda qalib gəlib. “Qəbələ” son 2 ev görüşündə qapısını toxunulmaz saxlayıb.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Fevral 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see256

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see251

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see246

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see245

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see241

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see238

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see228

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see226

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see224

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see214

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see200

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see199

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see199

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see198

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see197

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see192

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see191

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see188

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see186

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri