“Sabah” Tovuzda büdrədi, “Neftçi” taxta çıxdı, “Qarabağ” Qəbələdə ilişdi
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misli Premyer Liqasında X tur arxada qaldı. Sport24.az xəbər verir ki, turun əsas hadisələri son çempion "Sabah"ın mövsümdə ilk məğlubiyyətini alması, "Neftçi"nin çətin qələbə ilə zirvəyə yüksəlməsi oldu.
"Qarabağ"ın Qəbələdə xal itirməsi isə liderlik yarışını daha da maraqlı vəziyyətə gətirdi.
"Turan Tovuz" – "Sabah" – 3:2
Son çempionun məğlubiyyətsiz seriyası Tovuzda başa çatdı. "Sabah"ın ilk dəfə uduzması, əslində, komandanın qarşısına çıxan hər rəqibə qarşı rahat olmayacağının göstəricisidir. "Turan Tovuz" isə iddialı rəqibə qarşı üç xal qazandı. Çempion üçün ilk məğlubiyyət siqnal, Tovuz təmsilçisi üçün isə ciddi mesajdır.
"Araz-Naxçıvan" – "Zirə" – 2:2
"Qartallar" üçün bir xalın sevindirici, yoxsa iki xalın itirilməsinin üzücü olması oyunun gedişindən asılıdır. Hər halda, qonaqlar məğlubiyyətdən son anda xilas oldular. "Araz-Naxçıvan" isə üstün vəziyyəti qələbə ilə tamamlaya bilməsə də, turnir cədvəlində iddialı rəqibdən xal almağı bacardı.
"Qəbələ" – "Qarabağ" – 0:0
"Qarabağ"ın yaşadığı problemlər yenə özünü göstərdi. Qolsuz heç-heçə Ağdam klubunun iki xal itirməsi deməkdir. Çempionluğa oynayan komanda üçün xüsusilə belə matçlarda qələbə vacibdir. "Qəbələ" isə müdafiədə intizamlı oyunla güclü rəqibdən xal almağı bacardı.
"Şamaxı" – "Neftçi" – 2:3
"Neftçi" zirvəyə asan yolla çıxmadı. Şamaxıda üç qol vuran "ağ-qaralar" vacib üç xal qazandı və turu lider kimi başa vurdu. Bəlkə də mövsümün bu mərhələsində əsas məsələ gözəl oynamaqdan çox, belə çətin oyunlardan üç xalla çıxmaqdır. "Neftçi" bunu bacarırsa, liderliyi də təsadüfi deyil.
"Kəpəz" – "İmişli" – 1:0
Gəncə "Kəpəz" üçün artıq xüsusi məkana çevrilir. Komanda doğma meydanda yenə qalib gəldi və evdəki uğurlu seriyasını davam etdirdi. "İmişli" isə minimal hesablı məğlubiyyətlə Gəncədən əliboş qayıtdı. "Kəpəz"in evdə topladığı xallar mövsümün sonunda onun üçün xüsusi əhəmiyyət daşıyacaq.
"Sumqayıt" – "Şəfa" – 1:1
Turun son oyununda qalib müəyyənləşmədi. Hər iki komanda üçün bir xalın nə dərəcədə dəyərli olduğunu mövsümün sonunda daha aydın görəcəyik. Amma çempionatda qalmaq uğrunda yarışın getdikcə sıxlaşdığı çempionatda belə oyunlarda qələbə qazana bilməmək əlavə xal itkisi kimi də qiymətləndirilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 03 Noyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















