Icma.az
close
up
RU
Qarabağ Regional DOST Mərkəzinin açılışından 2 il ötür

Qarabağ Regional DOST Mərkəzinin açılışından 2 il ötür

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 7 avqust, AZƏRTAC

Bu gün Qarabağ Regional DOST Mərkəzinin açılışından 2 il ötür. 2023-cü il avqustun 7-də Prezident İlham Əliyevin iştirakı ilə Bərdə şəhərində açılışı olan Qarabağ Regional DOST Mərkəzində 10 rayon və şəhərin (Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xocavənd, Ağdərə rayonları və Xankəndi şəhəri) sakinlərinə xidmət göstərir. Digər DOST mərkəzləri kimi, Qarabağ Regional DOST Mərkəzində də 161 növ sosial xidmət “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, son iki ildə mərkəzdə 147 min vətəndaşa xidmət göstərilib və həmin xidmətlərdən vətəndaş məmnunluğu 99,7 faiz təşkil edib.

80 nəfərdən ibarət işçi heyəti, 27 könüllünün çalışdığı Qarabağ Regional DOST Mərkəzi hər gün təqribən 650-700 vətəndaş qəbul edə bilir.

Dövlətimizin başçısının iştirakı ilə ötən ilin iyul ayında Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin, o cümlədən həmin mərkəzin tərkibində Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialının da açılışı olub.

Qarabağ Regional DOST Mərkəzində 7 emalatxana, 8 sinif və təlimat otağı, Peşəyönümü və Karyera Mərkəzi və s. ibarət olan Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi, habelə bölgə sakinlərinə reabilitasiya xidmətləri göstərən “RehaPoint” – Reabilitasiya Məntəqəsi də fəaliyyət göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:260
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri