Icma.az
close
up
RU
İsmayıllıdakı “DOST Evi”nin açılışından 2 il ötür

İsmayıllıdakı “DOST Evi”nin açılışından 2 il ötür

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 15 noyabr, AZƏRTAC

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı rayonundakı “DOST Evi” filialının açılışından 2 il ötür.

2023-cü il noyabrın 15-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan “DOST Evi” İsmayıllı və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri və digər həssas əhali qruplarının yaradıcı potensialının inkişafına, sosial inteqrasiyasına dəstək məqsədi daşıyır.

Nazirliyin Ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, burada benefisarlar dulusçuluq, bədii oyma, dərzilik, xalçaçılıq, un məmulatları emalatxanalarında həmin istiqamətlərdə bacarıqlarını, peşə vərdişlərini təkmilləşdirirlər. Bu günlərdə həssas qruplardan olan daha 20-dək şəxs “DOST Evi”ndə təlimlərə cəlb olunub.

Ümumilikdə 10 təlim istiqaməti üzrə 6 emalatxanadan ibarət olan müəssisədə ötən dövrdə 3 həssas kateqoriyadan olan 60-dək benefisiar müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlimlərə cəlb edilib. Hazırda filialda həssas qruplara aid 46 benefisiar müxtəlif istiqamətlər üzrə təlimlərdə bacarıqlarını inkişaf etdirir.

“DOST Evi”ndə benefisiarların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müxtəlif layihələr, dövlət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində tədbirlər (master-klaslar, infoturlar, konsert proqramları və s.) də həyata keçirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see244

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see236

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see230

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see229

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see227

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see224

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see224

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see224

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see218

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see202

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see199

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see198

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see195

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see192

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see189

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see189

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see186

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see184

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see180

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri