Icma.az
close
up
RU
Qarabağ Şamaxı, Sumqayıt Tovuz səfərinə çıxacaq

Qarabağ Şamaxı, Sumqayıt Tovuz səfərinə çıxacaq

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu həftə Misli premyer-liqasında 2-ci dövrənin sonuncu, yəni 18-ci turunun oyunlarıyla yanaşı, 3-cü turdan təxirə salınan "Şamaxı" - "Qarabağ" matçına da şahidlik edəcəyik.

Bütün oyunlar "CBC Sport"un efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
1-ci dövrə, 3-cü tur
19 dekabr
Şamaxı - Qarabağ

"Şamaxı"nın bu rəqiblə ev oyunlarının balansı: 28:+5=11-12, 17:32.
2009/10 - 2:1, 0:1; 2010/11 - 1:0, 0:2; 2011/12 - 0:0, 1:1; 2012/13 - 1:1, 0:0; 2013/14 - 1:2, 0:3; 2014/15 - 0:0, 2:1; 2015/16 - 0:2, 1:1; 2016/17 - 2:1, 0:3; 2017/18 - 0:2, 3:0; 2018/19 - 1:1, 0:1; 2019/20 - 0:1, 0:2; 2020/21 - 0:0, 1:1; 2021/22 - 1:1, 0:0; 2022/23 - 0:4, 0:1.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 20-20-60.
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Vüsal Məmmədov, Teymur Teymurov, Rauf Allahverdiyev
VAR hakimi: İnqilab Məmmədov.
VAR hakiminin köməkçisi: Namiq Hüseynov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı, şəhər stadionu. Saat 14.00.
Əslində "Şamaxı" ilə bağlı çox danışmağa ehtiyac yoxdu. "Şirlər"in uğursuzluq seriyasından da xəbərdarıq, komandada başverənlər haqda iddialarla da. Hələ heyətin kasad olduğunu da dəfələrlə təkrarlamışıq. Bu üzdən komandanın "Qarabağ" önündə heç bir şansı yoxdu. Ayxan Abbasovun komandası "Səbail"in də öhdəsindən gələ bilməməklə göstərdi ki, köklü dəyişikliklərə ehtiyac var. Təbii ki, oxları baş məşqçiyə tuşlamaq istəmirik. Onun təcrübəsinə bələdik. Lakin "Şamaxı"nın 10 oyundu qələbəyə həsrət qalmasının səbəblərini aradan qaldırmaq vacibdi. Budəfəki rəqib "Qarabağ"dısa, digəri "Sabah" olacaq. Göründüyü kimi, “şirlər”in qış fasiləsinə qədər xal ehtiyatını artırması mümkünsüz görünür. Onların möcüzəyə ehtiyacı var. Qonaqlara gəlincə, "Sabah"ın "Araz-Naxçıvan"ı məğlub etməsi "Qarabağ"ın xeyli irəli düşməsiylə nəticələndi. İndi ağdamlılar liderliyi möhkəmlətməyə çalışacaq. Qələbə vacibdi ki, "köhlən atlar" növbəti matçda "Araz-Naxçıvan"ın önünə arxayın çıxsın.
Bu komandalar indiyə qədər 75 dəfə qarşılaşıb. Bunların 38-də ağdamlılar, 13-də "şirlər" qalib gəlib, 24-də hərəyə bir xal düşüb. Topların nisbətində "Qarabağ" öndədi - 107:44.
20 dekabr
2-ci dövrə, 18-ci tur
Kəpəz - Sumqayıt

“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 14:+4=7-3, 13:11.
2011/12 – 1:1, 4:1; 2012/13 – 0:0, 1:0; 2015/16 – 3:1, 0:0; 2016/17 – 0:0, 1:0; 2017/18 – 0:3, 1:1; 2022/23 – 0:1, 0:1; 2023/24 – 1:1, 1:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
"Kəpəz" artıq matçlara daha ciddi, məsuliyyətli və diqqətli yanaşmağa məcburdu. Ona görə ki, sonuncu pillədə qərarlaşan "Səbail" "Şamaxı"dan xal qopardı. Gəncəlilər isə "Neftçi"yə uduzmaqla yerində saydı. İndi "sarı-göylər" qış fasiləsinə sonuncu pillədə yollanmaq təhlükəsiylə üz-üzədi. Təbii ki, həmin "zirzəmi"yə qayıtmaq komandadaxili ab-havaya ziyan verə bilər. Belədə Azər Bağırov və yetirmələri "Sumqayıt"ı məğlub etmək üçün əlindən gələni etməlidi. Əslində "kimyaçılar"ın durumu da ürəkaçan deyil. "Gənclik şəhəri"nin təmsilçisi ötən mövsüm yuxarı pillələrdə qərarlaşmaq üçün tər tökdüsə, bu dəfə orta sıralarda yerini möhkəmlətməkdə çətinlik çəkir. Odu ki, müvəqqəti baş məşqçi Vaqif Cavadov həm öz postundakı, həm də komandasının turnir cədvəlindəki yerini möhkəmlətmək üçün Tovuzda 3 xal qazanmağın yolunu tapmalıdı.
Bu komandalar indiyə qədər 29 dəfə üz-üzə gəlib. Bunların 12-də "Sumqayıt", 7-də "Kəpəz" qələbə qazanıb, 10-da qalib müəyyənləşməyib. Topların nisbətində "kimyaçılar" öndədi - 37:29.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:280
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Dekabr 2024 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri