“Qarabağ” təsnifat mərhələlərində tarix yazmış, çox böyük və təcrübəli komandadı” rəqibin Ronaldosu
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ” – “Şkendiya” (5:1) oyunundan sonra qonaqların aparıcı futbolçularından Ronaldo Uebster fikirlərini bölüşüb.
11 nömrəli vinger “Football-plus.az”a açıqlamasında “Qarabağ” haqda danışıb:
“Qarabağ çox yaxşı və güclü komandadı. Rəqibə hörmət edirik. Bu futboldu. Bəli, bu gün qələbə qazana bilmədik. Çünki “Qarabağ” əla futbol sərgilədi. Yenə deyirəm, onlara hörmətlə yanaşırıq. Növbəti mərhələyə hazırlaşmalıyıq. Mənim üçün fərqi yoxdu - “Ferentsvaroş”, ya da “Ludoqorets”. Hər ikisi eyni səviyyəli komandadı, böyük klubdu. Hədəfimiz Avropa Liqasıdı. Düzdü, ən azı Konfrans Liqasına vəsiqə qazanmışıq. Bu da uğur sayılır, amma əsas hədəf Avropa Liqasıdı. Hesabın surpriz olduğunu deyə bilmərəm. Düzdü, FKSB-ni məğlub etdik. Lakin “Qarabağ” təsnifat mərhələlərində tarix yazmış, çox böyük və təcrübəli komandadı”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 13 Avqust 2025 22:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















