Icma.az
close
up
RU
Tahir Gözəl: Bu, 2017 dəki “Qarabağ” deyil, çox təcrübəli komandadır

Tahir Gözəl: Bu, 2017 dəki “Qarabağ” deyil, çox təcrübəli komandadır

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ"ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda "Şkendiya"nı 5:1 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Bu cür böyükhesablı qələbə gözləyirdiniz?

- "Şkendiya" ilk matçda gözəl oynadı. Bizə çox çətinlik yaratdılar. Həmin görüşdə müdafiəmiz qələbə qazanmağımızda böyük rol oynadı. Cavab oyununda nisbətən rahat qələbə qazandıq. Yeni oyunçuların inamlı çıxışı məni sevindirdi. Azərbaycan futbolunun işıqlarından, gələcək ulduzlarından Hikmət Cəbrayılzadəni meydanda görmək mənə çox böyük xoşbəxtlik bəxş etdi. Açığı, gözləmirdik bu nəticəni. Hesabın belə olmasında vətəndə, doğma azarkeşlər önündə oynamağın rolu oldu. Azərbaycan qazandı. Çünki meydanda Azərbaycanın ruhu var idi.

- Demək olar ki, "Şkendiya" ilk qolu vurmaqla, loru dildə desək, arı yuvasına çöp soxdu?

- O qoldan sonra azarkeşlərin dəstəyi əla idi. Hesabda geri düşsək də, fanatlar oyunçuları ruhlandırdılar. Allaha şükür ki, gözəl oyunla gözəl qələbə qazandıq.

- Növbəti mərhələdə rəqib "Ferensvaroş"dur...

- "Ferensvaroş" özəl dəstək görür, həm dövlətdən, həm də sponsorlardan. Yaxşı büdcəsi var. Rəqib çox güclüdür. Lakin istənilən halda klubumuz öz stabilliyi ilə, yeni transferləri ilə əlindən gələni edəcək. Stabillik bizim üstünlüyümüzdür. Qazandıqlarımız, itirdiklərimiz bizə təcrübə qazandırır. Bu, 2017-dəki "Qarabağ" deyil, çox təcrübəli komandadır. Çempionlar Liqasının Liqa mərhələsinə çox yaxınıq. Son zamanlar bu qədər yaxınlaşmamışdıq. Artıq pley-offdur. İnşallah, Bakıda "Liverpul"u, PSJ-ni qəbul edəcəyik. Azərbaycan futbolu üçün bir bayram olacaq.

- Hücumçu transferi ilə bağlı yenilik var?

- "Qarabağ"ın tarixindəki ən böyük büdcəni vermişik Qurban hocaya. Heç vaxt belə böyük büdcəmiz olmayıb. Təbii ki, bu, özümüz üçün böyükdür. Qurban hocanın səbirli, təmkinli yanaşmasına hörmətlə yanaşırıq. Səhv etmək istəmir. Biz də onun ehtiyatlı davranışını dəstəkləyirik. Necə ki, nəhəng klublar seçimdə tələsmirlər, ehtiyatlı davranırlar.

- "Qarabağ" artıq elə bir səviyyəyə çatıb ki, istənilən futbolçu komandaya nəticə qazandıra bilər. Razısınız?

- Bəli, komandamızda bütün xətlər işləyir. Deyim ki, doğru insan gəlsə, "Qarabağ"a çox böyük fərq yaradar. Çatdırsaq, yeni hücumçu alınsa, nəhənglərlə də mübarizə apara bilərik.

- Andre Klovislə razılıq əldə edildiyi və 3 illik müqavilə imzalanacağı barədə yayılan xəbərlər nə dərəcədə doğrudur?

- Məlumatım yoxdur. Qurban hocadan soruşum.

- Hikmət Cəbrayılzadənin çıxışından razı qaldınız?

- Əlbəttə. O, çox perspektivlidir, gələcəkdə daha yüksək səviyyədə oynaya bilər. İlk addımlarıdır. İstedadı var, əxlaqı, tərbiyəsi yerindədir. Hikmət Azərbaycanda 10-15 ildən bir doğulan istedaddır. İstedadını nə qədər açacağını isə özü və zaman bizə göstərəcək.

- Təxminən 1-2 il əvvəl demişdiniz ki, "Qarabağ" bundan sonra akademiyaya daha çox diqqət ayıracaq. Artıq bu, öz bəhrəsini verir?

- Açığı, rəhbər kimi akademiyaya ayırdığım diqqət məni qane etmir. Özüm özümdən narazıyam (gülür). Bəli, bu gün akademiyamızdan Hikmətlər çıxır. Amma bu, orada çalışan insanların əməyinin nəticəsidir. Aftandil Hacıyevdən çox razıyıq. Lakin klub rəhbəri kimi mən demək olar ki, akademiya üçün heç nə etməmişəm. İmkanımız yoxdur deyə, akademiya üçün yer tapa bilmirik. Açığı, o barədə bir qədər zəiflik nümayiş etdirdiyimizi düşünürəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sport24.az
archiveBu xəbər 13 Avqust 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri