Icma.az
close
up
RU
Aydın Talıbov ADA Universitetində tələbələrlə görüşdü FOTOLAR

Aydın Talıbov ADA Universitetində tələbələrlə görüşdü FOTOLAR

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov ADA Universitetində keçirilən “Senior Talks” tədbirinin qonağı olub.
Demokrat.az
xəbər verir ki, ADA Universitetinin Karyera Xidmətləri şöbəsi tərəfindən təşkil edilən tədbirin əsas məqsədi iri şirkət və korporasiyaların rəhbərlərini tələbələrlə bir araya gətirmək, CEO-ların uğur hekayələrini bölüşmək, eyni zamanda tələbələri ölkədə fəaliyyət göstərən aparıcı qurumlar, onların iş prinsipləri və işə qəbul prosesləri ilə yaxından tanış etməkdir.
Tədbirin açılış nitqini ADA Fondunun prezidenti Natiq Hacıyev səsləndirib. O, bu formatlı görüşlərin tələbələrin karyera planlamasında mühüm rol oynadığını və real biznes liderləri ilə birbaşa ünsiyyət imkanının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Eyni zamanda, son iki ildə ADA Universiteti ilə Veysəloğlu Şirkətlər Qrupu arasında sıx əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edib, bu tərəfdaşlığın tələbələrin peşəkar inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
“Senior Talks” çərçivəsində çıxış edən Aydın Talıbov Veysəloğlu Şirkətlər Qrupunun formalaşma və inkişaf mərhələləri, strateji baxış, liderlik prinsipləri və korporativ idarəetmə modeli haqqında ətraflı məlumat verib. O, həmçinin böyük pərakəndə və distribusiya şəbəkəsinin idarə olunmasında operativ qərarvermə, komanda işi və insan kapitalının roluna toxunub.
Tədbirdə ümumilikdə 90 tələbə iştirak edib. Çıxış tələbələr tərəfindən böyük həvəslə izlənilib. Sual-cavab sessiyası isə xüsusi aktivliklə seçilib – iştirakçılar həm şirkətin inkişaf strategiyası, həm işə qəbul meyarları, həm də şəxsi karyera inkişafı ilə bağlı çoxsaylı suallar ünvanlayıblar.
Görüş səmimi və interaktiv mühitdə keçib, tələbələr real biznes təcrübəsi ilə tanış olmaq imkanı əldə ediblər.
“Senior Talks” proqramı çərçivəsində keçirilən bu görüş akademik mühitlə biznes sektoru arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Fevral 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri