Icma.az
close
up
RU
Qarabağ Universitetinə dəstək mexanizmləri genişləndirilir

Qarabağ Universitetinə dəstək mexanizmləri genişləndirilir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 21 sentyabr, AZƏRTAC

Təhsilin İnkişafı Fondu (TİF), Qarabağ Dirçəliş Fondu (QDF) və Veysəloğlu Şirkətlər Qrupu arasında Qarabağda təhsilin inkişafına dair müzakirə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı işğaldan azad edilmiş ərazilərdə müasir təhsil infrastruktunun qurulması, Qarabağ Universitetinin strateji inkişafına dəstək göstərilməsi və regionun kadr potensialının gücləndirilməsi istiqamətində birgə addımların atılması diqqət mərkəzində olub. Görüşdə dövlət, özəl sektor və akademik institutlar arasında üçtərəfli tərəfdaşlıq modelinin önəmi vurğulanıb. Universitetdə təhsil alan tələbələr üçün xüsusi təqaüd proqramlarının təsisi, təcrübə imkanlarının yaradılması və birgə sosial proqramların icrası perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün davamında Qarabağ Universitetinə dəstək mexanizmlərinin genişləndirilməsi, birgə təşəbbüslərin miqyasının artırılması və növbəti mərhələdə həyata keçiriləcək konkret fəaliyyət istiqamətləri müzakirə olunub.

Sonda Qarabağ Universitetinə dəstək məqsədilə Təhsilin İnkişafı Fondu ilə Veysəloğlu Şirkətlər Qrupu arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. İmzalanan müqavilə çərçivəsində göstəriləcək dəstək Qarabağ Universitetinin inkişafına, tələbələr üçün daha əlverişli imkanların yaradılmasına və universitetin təhsil potensialının gücləndirilməsinə töhfə verəcək.

Xatırladaq ki, 2025-ci il iyunun 2-də Xankəndi şəhərində keçirilən “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində Qarabağ Dirçəliş Fondu ilə Təhsilin İnkişafı Fondu arasında Anlaşma Memorandumu imzalanıb. Razılaşmaya əsasən, “Qarabağ Təqaüd Proqramı” çərçivəsində 2025–2026-cı akademik ili üzrə Qarabağ Universitetində təhsil alan 50 tələbəyə təqaüd dəstəyi göstərilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Sentyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri