Icma.az
close
up
RU
Qarabağ Universitetinin tələbələri Prezidenti TƏBRİK ETDİLƏR

Qarabağ Universitetinin tələbələri Prezidenti TƏBRİK ETDİLƏR

Modern.az saytına istinadən Icma.az xəbər verir.

24 dekabr tarixi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Belə ki, dövlət başçısının 63 yaşı tamam olur.
Bir neçə gündür ki, həm Azərbaycandan, həm də ölkə xaricindən Prezident İlham Əliyevə təbrik mesajları ünvanlanır. Bu müsajlarda İlham Əliyevə Azərbaycan Respublikasının daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətdə yeni-yeni nailiyyətlər arzu edilir.
Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetinin tələbələri də Azərbaycan Respublikasının Prezidentini təbrik ediblər.
Tələbələr öz təbriklərini dövlət başçısına Modern.az saytı vasitəsilə ünvanlayıblar.
 

Aygül Abdurahmanlı:

“Hörmətli Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyev, Sizi doğüm gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm! Azərbaycan xalqına bəxş etdiyiniz tarixi zəfər, Qarabağın işğaldan azad edilməsi və “Böyük Qayıdış” prosesinin həyata keçirilməsi hər birimiz üçün qürur mənbəyidir. Bu gün mən Qarabağda, azad və yenidən qurulan vətən torpağında təhsil almaq şansı qazanmış gənc kimi Sizin liderliyinizin nəticələrini öz həyatımda hiss edirəm. Müdrik siyasətiniz və əzminiz biz gənclərə böyük ümidlər bəxş edir. Sizə can sağlığı, uzun ömür və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm. Doğum gününüz mübarək olsun, cənab Prezident!”.
Aygün Hüseynova:

“Hörmətli cənab Prezident İlham Əliyev, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm! Uzaqgörən siyasətiniz, ölkəmizin inkişafı və tərəqqisi üçün göstərdiyiniz yorulmaz fəaliyyət hər bir Azərbaycan vətəndaşının qəlbində dərin hörmət və minnətdarlıq hissi yaradır. Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və xalqımızın rifahı naminə uğurlu fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram. Həyatınız hər zaman uğurlar və qələbələrlə dolu olsun!”.


Ayşə Şərifli:

“Cənab Prezident İlham Əliyev, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm! Bu xüsusi gündə sizə ən xoş diləklərimi çatdırmaqdan böyük şərəf duyuram. Ölkəmizin inkişafı, xalqımızın rifahı üçün göstərdiyiniz səylər, hər birimiz üçün ilham mənbəyidir. Sizə möhkəm sağlamlıq, uzun ömür, ailənizlə birgə xoş günlər arzu edirəm. Hər zaman arzularınız çin olsun, qarşınızda yeni imkanlar açılsın, öhdənizdəki bu məsuliyyətli vəzifədə daha da böyük uğurlar qazanasınız. Onu da qeyd etmək istəyirəm ki, biz bu gün Sizin sayənizdə Qarabağ Universitetində təhsil alırıq. Sizin kimi bir liderimizin olması bizim üçün böyük qürurdur. Böyük hörmət və minnətdarlıqla Qarabağ Universitetinin Hüquqşünaslıq üzrə birinci kurs tələbəsi Ayşə Şərifli”.


Qumral Abbas:

“Hörmətli cənab Prezident İlham Əliyev, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm! Azərbaycanın inkişafı və tərəqqisi yolunda göstərdiyiniz əvəzsiz liderliyinizə görə, təşəkkür edirəm. Bir qarabağlı və Qarabağ Universitetinin tələbəsi olaraq, müzəffər Ordumuzla birlikdə torpaqlarımızı azad edərək bizə bəxş etdiyiniz xoşbəxtliyə görə də təşəkkürlərimi bildirirəm. Hər zaman xalqımızın yanında olmağınız, ölkəmizin dünyada layiqli yerini təmin etməyiniz bizim üçün böyük bir qürur mənbəyidir. Sizə möhkəm can sağlığı, uzun ömür və yeni uğurlar arzu edirəm!”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Dekabr 2024 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri