Ərəb koalisiyası husilərin ağır hərbi texnilkalarını məhv edib
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyası İranın dəstəklədiyi Yəməndəki “Ənsarullah” hərəkatına qarşı genişmiqyaslı əməliyyat elan edib.
Xəbəri XQ “Anadolu”ya istinadən yayır.
Ərəb koalisiyasının sözçüsü general-mayor Turki əl-Malikinin X sosial media hesabında verdiyi məlumata görə, husilərin beş ballistik raket saxlama tuneli, altı buraxılış qurğusu və bir raket anbarı məhv edilib. Bu qurğulardan biri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada zərbə endirmək üçün istifadə edilib.
Sözçüsü daha sonra əməliyyatın Səudiyyə Ərəbistanının özünümüdafiə hüququ çərçivəsində həyata keçirildiyini bildirib. O, hədəflərin husilərə məxsus hərbi obyektlər olduğunu qeyd edib.
Əl-Maliki husilərin nəzarətində olan ərazilərində yerləşən beş ballistik raket saxlama tunelinin, dörd ballistik raket buraxılış qurğusunun və bir raket anbarının da məhv edildiyini bildirib.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 26 Oktyabr 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















