Qarabağ və Neftçi arasında baş tutan oyunlarda 13 avtoqol qeydə alınıb
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Qarabağ" və "Neftçi" arasında baş tutan oyunlarda 13 avtoqol qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Azərbaycan derbilərindəki ilk üç avtoqola "Qarabağ", son beş avtoqola isə "Neftçi" imza atıb. İlk avtoqol – Səttar Əliyev ("Qarabağ") – 14.11.1999. "Neftçi" – "Qarabağ" 2:0.
"Neftçi"nin ilk avtoqolu – Jayro Rodriqes – 21.08.2016. "Qarabağ" – "Neftçi" 3:0.
İki avtoqol (ardıcıl iki oyunda) edən yeganə futbolçu – Jayro Rodriqes ("Neftçi") – 21.08.2016. "Qarabağ" – "Neftçi" 3:0, 25.10.2016. "Neftçi" – "Qarabağ" 0:2.
Ümumi avtoqol sayı – 13
"Neftçi"nin avtoqolları – 8
"Qarabağ"ın avqotolları – 5
İki avtoqol olan yeganə oyun – 21.05.2022. "Qarabağ" – "Neftçi" 4:1, İvan Brkiç və Fərid Yusifli (hər ikisi "Neftçi")
Eyni oyunda həm öz, həm də rəqib qapısına qol vuran yeganə oyunçu – Mateus Saldanya – 02.05.2023. "Neftçi" – "Qarabağ" 2:4
4 dəfə meydan sahibləri, 9 dəfə qonaq komanda avtoqol edib. "Qarabağ" evdə 1, səfərdə 4, "Neftçi" evdə 3, səfərdə 5 avtoqola üzülüb.
2016/2017 mövsümündə daha çox – 3 avtoqol qeydə alınıb. "Neftçi" üç fərqli matçda öz qapısına qol vurub.
Baxış sayı:67
Bu xəbər 05 Noyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















