Icma.az
close
up
RU
Qarabağ və Qərbi Azərbaycan əlyazmalarının vahid elmi kataloqu hazırlanır

Qarabağ və Qərbi Azərbaycan əlyazmalarının vahid elmi kataloqu hazırlanır

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Qarabağ və Qərbi Azərbaycanın tarixi irsi sistemli şəkildə araşdırılır və beynəlxalq miqyasda təbliğ olunur.

Bu barədə XQ-yə Əlyazmalar İnstitutundan bildirilib.

Qeyd olunub ki, institutda Qarabağ və Qərbi Azərbaycanın tarixinə, həmçinin zəngin ədəbi-mədəni irsinə dair yazılı mənbələrin tədqiqi, mühafizəsi və elmi ictimaiyyətə təqdim olunması istiqamətində mühüm işlər həyata keçirilir. AMEA Rəyasət Heyətinin 11 iyun 2024-cü il tarixli qərarı ilə institutun strukturunda yaradılmış Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsi bu sahədə sistemli elmi araşdırmalara start verib. Şöbədə Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının vahid elmi kataloqunun tərtibinə başlanılıb. Eyni zamanda, dövri mətbuatda Qərbi Azərbaycan mövzusunda dərc edilmiş məqalələr toplanılaraq sistemləşdirilir.

Şöbə müdiri filologiya elmləri doktoru Raqub Kərimov tərəfindən Qərbi Azərbaycanın görkəmli şairləri – Məşhədi İsmayıl Hacı Kazımzadə Bəzmi, Mirzə Kazım Qazı Əsgərzadə, “Müttəli” təxəllüslü Axund Əhmədov və “Sabir” təxəllüslü Hacı Seyid Rza Əmirzadənin həyat və yaradıcılığı dərindən araşdırılıb. Şöbə əməkdaşları institutun fondlarında qorunan Qarabağ və Qərbi Azərbaycan mütəfəkkirlərinə məxsus əlyazma nüsxələrinin transfoneliterasiyasını davam etdirirlər. Qərbi Azərbaycanın tarixi yaddaşının qorunması və tarixi həqiqətlərin dünya elmi ictimaiyyətinə çatdırılması məqsədilə şöbə əməkdaşlarının nəşr və təqdimat fəaliyyəti genişləndirilir. Bundan əlavə, Əlyazmalar İnstitutu milli yazılı irsimizin beynəlxalq miqyasda tanıdılması və qabaqcıl xarici təcrübənin (birgə kataloqların hazırlanması, elmi şəbəkələşmə, qarşılıqlı sərgi mübadiləsi) öyrənilməsi istiqamətində addımlar atır. Bu çərçivədə görkəmli Azərbaycan maarifçisi İsmayıl bəy Qutqaşınlının fransız dilində qələmə aldığı, yeganə qədim çap nüsxəsi institutda qorunan və Nigar Babaxanova tərəfindən Azərbaycan dilinə tərcümə edilən “Rəşid bəy və Səadət xanım” əsərinin yeni nəşri hazırlanıb. Bu nəşr milli-mədəni dəyərlərimizin qlobal təbliğinə, eləcə də Azərbaycan–Fransa elmi və mədəni əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Noyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see614

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see542

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see388

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see293

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see291

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see266

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see265

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see255

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see254

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see253

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see227

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see224

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see222

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see221

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see221

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see220

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see217

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see216

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri