Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Qarabağ və Şərqi Zəngəzurda yaşıl və dayanıqlı inkişaf ŞƏRH

Qarabağ və Şərqi Zəngəzurda yaşıl və dayanıqlı inkişaf ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 5 may, AZƏRTAC

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları postmünaqişə dövründə Azərbaycanın inkişaf strategiyası çərçivəsində “yaşıl enerji zonası” və dayanıqlı inkişaf istiqamətli region kimi formalaşma potensialına malikdir. Beynəlxalq ədəbiyyatda geniş istifadə olunan “green growth policy” yanaşması bu kontekstdə ümumi konseptual çərçivə kimi çıxış etsə də, onun birbaşa və standartlaşdırılmış tətbiqi regionun spesifik xüsusiyyətlərini tam əks etditməyə bilər. Bu baxımdan, Qarabağın ekoloji, infrastruktur və institusional reallıqlarını nəzərə alan adaptiv və lokalizə olunmuş mərhələli inkişaf modelinin tətbiqi daha məqsədəuyğun hesab olunur.

Bu fikirlər UNEC Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin müdiri, Gəncə Dövlət Universitetinin doktorantı və tədqiqatçı Rəsul Yusibovun AZƏRTAC-a təqdim etdiyi məqalədə yer alıb. Məqalədə qeyd olunur ki, müxtəlif beynəlxalq qiymətləndirmələrə əsasən, işğal dövründə Azərbaycanın transsərhəd su və hidroenerji resurslarının əhəmiyyətli hissəsi (təqribən 20–25 faiz potensial istifadə imkanları daxil olmaqla) effektiv idarəetmədən kənarda qalıb. Bu resurslar sırasında Sərsəng su anbarı, Suqovuşan I və II hidroqovşaqları, eləcə də Qız Qalası su sistemi mühüm yer tutur. Bu infrastruktur elementləri yalnız enerji istehsalı baxımından deyil, həm də kənd təsərrüfatı suvarma sistemlərinin dayanıqlılığı, içməli su təhlükəsizliyi və regional ekoloji balansın qorunması kontekstində strateji əhəmiyyət daşıyır.

Eyni zamanda, uzunmüddətli idarəetmə boşluqları su resurslarının keyfiyyəti, hidroekosistemlərin sabitliyi və aqrar məhsuldarlıq göstəriciləri üzərində müəyyən risklər formalaşdırıb. Bu səbəbdən hidroresursların idarə olunması sahəsində elmi əsaslı monitorinq sistemlərinin qurulması, rəqəmsal su idarəetmə mexanizmlərinin tətbiqi və institusional koordinasiyanın gücləndirilməsi zəruri hesab olunur.

Şəhər inkişafı və beynəlxalq əməkdaşlıq kontekstində Sürix şəhərində fəaliyyət göstərən “SA Partners” təşkilatı ilə urban planlama və dayanıqlı şəhər inkişafı sahəsində əməkdaşlıq Qarabağın yenidən qurulması prosesində metodoloji və praktiki əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq çərçivəsində “ağıllı şəhər” planlaması, enerji səmərəli tikinti standartları və sosial infrastrukturun optimallaşdırılması kimi istiqamətlər prioritet hesab olunur. Paralel olaraq, Yaponiyanın TEPSCO şirkətinin enerji mühəndisliyi və texniki layihələndirmə sahəsində mövcud təcrübəsi regionun enerji sistemlərinin modernizasiyası və texnoloji transformasiyası üçün potensial əməkdaşlıq istiqaməti kimi qiymətləndirilir.

Qubadlı və Zəngilan rayonlarında sənaye və aqrar sektorun bərpası çərçivəsində dəyər zəncirlərinin formalaşdırılması, xüsusilə tekstil və kənd təsərrüfatı istehsalının inkişafı mühüm prioritetlər sırasındadır. Bu proses yalnız istehsal gücünün artırılması ilə məhdudlaşmır, eyni zamanda, bilik transferi, institusional öyrənmə və insan kapitalının inkişafını əhatə edir.

“Ağıllı kənd” modeli Qarabağ regionunda kənd təsərrüfatının rəqəmsallaşdırılması və resursların səmərəli idarə olunması baxımından nəzəri və praktiki əhəmiyyət daşıyır. Sensorəsaslı suvarma sistemləri, rəqəmsal torpaq monitorinqi və ekoloji istehsal mexanizmləri bu modelin əsas komponentlərini təşkil edir və kənd təsərrüfatında məhsuldarlığın artırılması ilə yanaşı, ekoloji dayanıqlılığın təmin olunmasına xidmət göstərir.

Logistika və nəqliyyat infrastrukturu baxımından “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən həyata keçirilən regional inteqrasiya layihələri Qarabağın iqtisadi və ticarət sistemlərinə reinteqrasiyasında mühüm rol oynayır. Bu infrastruktur inkişafı aşağı karbonlu nəqliyyat sistemlərinin formalaşdırılması və yaşıl logistika yanaşmalarının tətbiqi baxımından da əhəmiyyətlidir.

Nəticə etibarilə, Qarabağın dayanıqlı inkişafı yalnız iqtisadi deyil, eyni zamanda, institusional və ekoloji transformasiya tələb edən kompleks bir prosesdir. Yaşıl inkişaf yanaşmasının tətbiqi ilkin mərhələdə yüksək investisiya və institusional xərclər tələb etsə də, uzunmüddətli dövrdə enerji təhlükəsizliyi, investisiya cəlbediciliyi və ekoloji sabitlik baxımından daha səmərəli nəticələr formalaşdırır. Bu kontekstdə xüsusi iqtisadi zonaların yaradılması, vergi stimullarının tətbiqi və beynəlxalq texnoloji əməkdaşlığın genişləndirilməsi strateji inkişaf alətləri kimi çıxış edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see412

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see331

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see311

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see306

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see295

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see288

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see285

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see280

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see266

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see265

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see256

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see241

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see236

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see225

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see221

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see200

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see198

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see190

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see181

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri