Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək ŞƏRH

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 28 sentyabr, AZƏRTAC

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri regionların sosial-iqtisadi inkişafı ilə yanaşı, məşğulluq imkanlarının da genişlənməsinə şərait yaradır. Ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, müasir infrastrukturun qurulması, istehsal və xidmət sahələrinin yaradılması əmək bazarında tələbatın artmasına səbəb olur.

Bunu AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, qarşıdakı dövrdə azad edilmiş ərazilərdə iqtisadi fəallığın daha da artması məşğulluğun sürətlə yüksəlməsinə imkan verəcək. Deputat qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr geniş spektri əhatə edir. Buraya nəqliyyat və logistika infrastrukturunun inkişafı, sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatının müasir əsaslarla qurulması, turizm potensialından istifadə, xidmət sektorunun genişləndirilməsi və sahibkarlıq fəaliyyətinin təşviqi daxildir.

“Yeni müəssisələrin fəaliyyətə başlaması və investisiya layihələrinin reallaşdırılması nəticəsində müxtəlif peşə və ixtisaslar üzrə kadrlara ehtiyac artacaq. Bu isə yerli əmək ehtiyatlarının iqtisadi proseslərə daha fəal cəlb olunmasına və yeni iş yerlərinin yaradılmasına imkan verəcək. Məşğulluğun artırılması baxımından Böyük Qayıdış proqramının həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Əhalinin mərhələli şəkildə doğma yurdlarına qayıtması ilə regionlarda daimi əmək resurslarının formalaşması, kiçik və orta sahibkarlığın inkişafı, ticarət və xidmət obyektlərinin fəaliyyətinin genişlənməsi üçün yeni imkanlar yaranır. Regionların iqtisadi potensialının tam reallaşdırılması üçün yalnız yeni iş yerlərinin yaradılması deyil, həm də peşə hazırlığının və insan kapitalının inkişaf etdirilməsi vacibdir. Müasir iqtisadiyyatın tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması azad edilmiş ərazilərdə həyata keçirilən investisiya layihələrinin səmərəliliyini də artıracaq. Xüsusilə kənd təsərrüfatı, turizm, tikinti, logistika, sənaye, xidmət və rəqəmsal texnologiyalar kimi sahələrdə yeni məşğulluq imkanlarının formalaşması gözlənilir. Bununla yanaşı, regionlarda sahibkarlıq mühitinin genişləndirilməsi yeni biznes təşəbbüslərinin yaranmasına və özünüməşğulluq imkanlarının artmasına təkan verə bilər”, - deyə deputat əlavə edib.

Arzu Nağıyev qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafı ölkənin ümumi iqtisadi artımına da mühüm töhfə verəcək. Regionların nəqliyyat-logistika imkanlarının genişlənməsi, yeni iqtisadi əlaqələrin qurulması və investisiya mühitinin inkişaf etdirilməsi burada fəaliyyət göstərən müəssisələrin bazarlara çıxış imkanlarını artıracaq.

Deputatın sözlərinə görə, bütün bu proseslər nəticə etibarilə əhalinin məşğulluğunun təmin olunmasına, gəlir imkanlarının genişlənməsinə və sosial rifahın yüksəlməsinə xidmət edəcək. Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq mərhələsindən iqtisadi inkişaf və dayanıqlı məşğulluq mərhələsinə keçid regionların gələcək inkişafının əsas istiqamətlərindən biri olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Sentyabr 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see647

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see320

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see305

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see294

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see290

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see288

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see270

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see269

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see264

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see261

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see249

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see247

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see225

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see215

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see215

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see214

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see209

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see204

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see201

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri