Icma.az
close
up
RU
Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma dayanıqlı inkişafın yeni mərhələsidir ŞƏRH

Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma dayanıqlı inkişafın yeni mərhələsidir ŞƏRH

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 fevral, AZƏRTAC

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yenidənqurma və bərpa prosesi müasir dövlət quruculuğunun ən irimiqyaslı və strateji mərhələlərindən biri kimi xarakterizə olunur. Bu proses yalnız fiziki infrastrukturun bərpasını deyil, eyni zamanda, sosial-iqtisadi dirçəlişi, dayanıqlı məskunlaşmanı və regionların uzunmüddətli inkişafını hədəfləyir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan dövlət siyasətinin əsas prioritetlərindən biri azad edilmiş ərazilərin qısa müddətdə müasir yaşayış məkanlarına çevrilməsidir. Bu məqsədlə qəbul edilmiş dövlət proqramları və strateji yol xəritələri regionların bərpasına sistemli yanaşmanı təmin edir.

“Yenidənqurma işlərinin əsas istiqamətlərindən biri nəqliyyat-logistika infrastrukturunun yaradılmasıdır. Qarabağ və Şərqi Zəngəzurda beynəlxalq standartlara cavab verən avtomobil yolları, dəmir yolu xətləri və hava nəqliyyatı infrastrukturu inşa olunur. Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının istifadəyə verilməsi regionun ölkədaxili və beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfə verir. Eyni zamanda, Horadiz–Ağbənd dəmir yolu xətti və digər strateji nəqliyyat layihələri bölgənin tranzit potensialını artırmaqla yanaşı, Zəngəzur dəhlizi kontekstində regionun geoiqtisadi əhəmiyyətini daha da gücləndirir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa prosesinin fərqləndirici cəhətlərindən biri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqidir. Zəngilanın Ağalı kəndi bu modelin ilk nümunəsi kimi artıq sakinlərin istifadəsinə verilib. Enerji səmərəliliyi, rəqəmsal idarəetmə, ekoloji tarazlıq və sosial xidmətlərin əlçatanlığı bu konsepsiyanın əsas komponentlərini təşkil edir. Bu yanaşma regionda yaşayış keyfiyyətinin yüksəldilməsinə, eləcə də şəhərsalma sahəsində innovativ təcrübələrin tətbiqinə imkan yaradır”, - deyə deputat əlavə edib.

Arzu Nağıyev vurğulayıb ki, azad edilmiş ərazilər yaşıl enerji zonası elan olunub və Qarabağ və Şərqi Zəngəzurda günəş, külək və hidroenerji potensialından səmərəli istifadə istiqamətində genişmiqyaslı layihələr icra edilir: “Bu strategiya ölkənin ümumi enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, ətraf mühitin qorunması və karbon emissiyalarının azaldılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Yenidənqurma prosesində sosial infrastrukturun – məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət ocaqlarının tikintisi əsas prioritetlərdəndir. “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı təmin olunur. Yeni salınan yaşayış massivləri müasir kommunal xidmətlərlə təchiz edilir və əhalinin məşğulluğu üçün iqtisadi imkanlar yaradılır”.

A.Nağıyev qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları kənd təsərrüfatı, sənaye, turizm və mədən ehtiyatları baxımından yüksək potensiala malikdir. Onun sözlərinə görə, dövlət tərəfindən yaradılan əlverişli investisiya mühiti bu regionlara yerli və xarici investorların marağını artırır. Aqroparkların yaradılması, sənaye zonalarının formalaşdırılması və turizm marşrutlarının bərpası regional iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir.

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və bərpa işləri Azərbaycanın postmünaqişə dövründə nümayiş etdirdiyi güclü siyasi iradənin və strateji baxışın bariz nümunəsidir. Bu proses regionların yalnız bərpasını deyil, onların müasir, rəqabətqabiliyyətli və dayanıqlı inkişaf modelinə uyğun şəkildə yenidən qurulmasını təmin edir. Qarabağ və Şərqi Zəngəzur bu gün Azərbaycanın iqtisadi, sosial və geosiyasi gələcəyində mühüm rol oynayan inkişaf məkanlarına çevrilməkdədir”, - deyə deputat əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see611

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see241

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see240

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see229

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see207

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see187

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri