Icma.az
close
up
RU
Qarabağ veteranlarını bu səbəbə görə işə götürməyənlərə CƏZA

Qarabağ veteranlarını bu səbəbə görə işə götürməyənlərə CƏZA

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qarabağ döyüşlərində iştirak etmiş və müharibə veteranı statusu olan işçiyə əmək məzuniyyəti artıq standart 21-30 gün deyil, minimum 46 gün veriləcək. 

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir müavinin sözlərinə görə, bu dəyişiklik dövlətin vətənə xidmət etmiş bütün kateqoriyalara sistemli, ədalətli və inklüziv sosial dəstək yanaşmasını nümayiş etdirir və onların rifahının təmin olunmasına yönəlmiş mühüm sosial addımdır: 

“Layihədə 46 təqvim günündən az olmayaraq məzuniyyət hüququna dair norma əhəmiyyətli şəkildə genişləndirilib və dəqiqləşdirilib. Əvvəlki redaksiyada bu hüquq əsasən Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda xəsarət almış, Milli və Sovet İttifaqı Qəhrəmanları, Vətən Müharibəsi Qəhrəmanları və digər dövlət təltifləri ilə təltif olunmuş şəxsləri əhatə edirdisə, yeni redaksiya bu hüququ daha geniş sosial müdafiə qruplarına şamil edir”. 

Veteranların illik məzuniyyət günlərinin 46 günə qədər artırılması sosial dəstək tədbiri kimi qiymətləndirilsə də, bu dəyişiklik bəzi kiçik və özəl müəssisələrdə narahatlıq yaradır. İşəgötürənlər düşünürlər ki, uzunmüddətli məzuniyyət dövründə əməkdaşın yerini doldurmaq üçün əlavə işçi cəlb etmək tələb olunur və bu, müəssisə üçün əlavə xərc deməkdir. Buna görə bəzi şirkətlər veteran statuslu şəxslərin işə qəbuluna ehtiyatla yanaşa bilərlər. 

Veteranları məzuniyyətə görə işə qəbul etməyən şəxsləri hansı hüquqi cəzalar gözləyir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında vəkil Roman Qaraşov bildirib ki, işəgötürən yalnız əmək funksiyasını icra etmək qabiliyyəti və peşəkarlıq kriteriyaları əsasında qərar verməlidir: 

“Veteranların illik məzuniyyət günlərinin artırılması sosial müdafiə tədbiri kimi nəzərdə tutulsa da, bəzi işəgötürənlərin bu səbəbdən veteranları işə qəbuldan kənarlaşdırması Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən ayrı-seçkilik hesab olunacaq və qanunla qəti şəkildə qadağan edilir. İşəgötürən yalnız əmək funksiyasını icra etmək qabiliyyəti və peşəkarlıq kriteriyaları əsasında qərar verməlidir, işçinin veteran statusu isə bu qərara mənfi təsir göstərmək üçün hüquqi əsas deyil. 

Belə ayrı-seçkilik halları aşkarlanarsa, İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə uyğun olaraq işəgötürənə müxtəlif cərimələr tətbiq edilir: əmək müqaviləsi bağlamadan işçi çalışdırıldığı təqdirdə fiziki şəxslər üçün 1 000–2 000 manat, vəzifəli şəxslər üçün 3 000–5 000 manat, hüquqi şəxslər üçün isə 20 000–25 000 manat, məzuniyyət hüququnun pozulmasına görə 1 500–2 000 manat, əmək müqaviləsinə qanunsuz xitam verilməsinə görə 1 500–2 000 manat cərimə nəzərdə tutulur. 

Bundan əlavə, Əmək Məcəlləsinin 78-ci maddəsində müharibə iştirakçılarının ixtisar zamanı üstün tutulması veteranların əmək münasibətlərində daha güclü qorunmasını təmin edən mühüm qanuni mexanizmdir”. 

Onun sözlərinə görə, əgər veteran belə ayrı- seçkiliklə üzləşərsə, müvafiq quruma müraciət edə bilər: 

“Ayrı-seçkiliyə məruz qalan veteran işçi öz hüquqlarının bərpası üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə, faktları sənədləşdirərək müfəttişlik yoxlaması tələb edə və pozuntu təsdiqləndikdə işəgötürənin inzibati məsuliyyətə cəlb edilməsinə nail ola bilər. Bununla yanaşı, işçi Əmək Məcəlləsinin 16-cı maddəsinin 4-cü hissəsinə əsasən məhkəməyə müraciət etmək, işə bərpa, təzminat və hüquqlarının tam bərpası ilə bağlı qərar tələb etmək hüququna malikdir”. 

Vəkil qeyd edib ki, məhkəmə təcrübəsində ayrı-seçkilik sübuta yetirildiyi halda işəgötürən həm maliyyə cəzası, həm də hüquqi nəticələrlə üzləşir, bu isə əmək münasibətlərində bərabər rəftar prinsipinin qorunmasına xidmət edir: 

“Veteranların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan islahatlar fonunda gələcəkdə qanunvericiliyə məhz veteranların işə qəbulda və əmək münasibətlərində əlavə təminatlarını dəqiq şəkildə tənzimləyən xüsusi normaların daxil edilməsi də istisna edilmir”.
Gülər Həsənli 
“Cebheinfo.az"

Açar sözlər: Qarabağ veteranları Roman Qaraşov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri