Icma.az
close
up
RU
Qarabağ zəfəri Ukraynaya yol göstərir ŞƏRH

Qarabağ zəfəri Ukraynaya yol göstərir ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Prezidentinin Ukrayna xalqına “heç vaxt işğalla barışmayın!” mesajının nüfuzlu xarici media orqanlarının əsas xəbərinə çevrilməsi gözlənilən idi



Xankəndi şəhərində keçirilmiş III Şuşa Qlobal Media Forumunun əsas mövzusu “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” olsa da, müzakirələrin əhəmiyyətli hissəsi daha çox siyasi və strateji mahiyyət daşıyır.

Xüsusən də Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı  beynəlxalq ictimaiyyət və siyasi qüvvələrə strateji siqnal və bir xəbərdarlıq idi. Ölkə başçısı bir növ xəbərdarlıq etdi ki, xarici qüvvələrin Azərbaycan üçün arzuladığı risklər-planlar mənasız və keçərsizdir. Yəni Azərbaycanda xaos mümkün deyil və artıq bu ehtimal belə müzakirə edilmir.

Forumda Prezident İlham Əliyevin ukraynalı jurnalist Dmitri Qordona cavabı və işğalla bağlı Ukrayna xalqına “işğalla barışmayın” məsləhəti dünyada böyük maraq, heyrət və məmnunluqla qarşılanıb. 

Üstəlik, ölkə başçısının Forum çərçivəsindəki çıxışında Rusiyanın Qroznıda vurduğu Azərbaycanın sərnişin təyyarəsinə görə “Təyyarəmizin vurulmasını unutmayacağıq – Rusiya cavab verməlidir!” tələbi Azərbaycanın özünə arxalandığı və iqtisadi, hərbi və diplomatik güclü potensiala malik olan bir dövlət olduğunu bir daha ortaya qoyur.

Siyasi ekspertlərin fikrincə, İlham Əliyevin ritorikası rəsmi Bakının bütövlükdə yeni “güc dili”dir.

Qeyd ediblər ki, iki taleyüklü məqama diqqət çəkən bu  bəyanatlar Rusiyanın Ukrayna torpaqlarının işğalını təsdiqləyir, bununla da, faşist Putin Rusiyasının beynəlxalq hüququ ayaqlar altına atdığını bir daha gündəmə gətirir. 

Əgər buraya dövlət başçısının "atəşkəs problemi həll etmir, münaqişənin uzun illər dondurulmasına gətirib çıxarır" bəyanatını da əlavə etsək, mesaj gün kimi aydındır. 

Azərbaycan Həmrəylik Komitəsinin sədri, politoloq  Əlisahib Hüseynov Sherg.az-a açıqlamasında bildirib ki,  Prezident İlham Əliyevin Ukrayna xalqına ünvanladığı “işğalla heç vaxt barışmayın” çağırışı təkcə mənəvi dəstək deyil, həm də beynəlxalq hüququn və dövlət suverenliyinin qorunması baxımından strateji əhəmiyyət daşıyan siyasi mövqedir.  

AHK sədrinin sözlərinə görə, bu bəyanat, Azərbaycanın müharibədən sonrakı möhkəm mövqeyini nümayiş etdirməklə yanaşı, regionda ədalətin bərpası uğrunda mübarizə aparan xalqlara da nümunə göstərir. Bu cür açıq və prinsipial çıxışlar Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır və ölkəmizin sülhsevər, lakin qətiyyətli siyasət yürütməsini təsdiqləyir:

seeBaxış sayı:254
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 İyul 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri