Qarabağa diplomatik baxış: görülən mənzərə və dəyişən reallıq
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Bəzən bir region haqqında ən çox məlumatı uzun hesabatlardan deyil, həmin əraziyə gedən insanların gördüklərindən almaq mümkündür. Qarabağ və Şərqi Zəngəzura diplomatik korpusun növbəti səfərinə də bu prizmadan yanaşmaq olar.
11–12 sentyabr tarixlərində keçirilən səfərdə müxtəlif ölkələri və beynəlxalq təşkilatları təmsil edən 150 nəfərlik nümayəndə heyəti Xankəndidən Şuşaya, Ağdərədən Kəlbəcərə qədər geniş coğrafiyada olub. Onlar yalnız şəhərlərin tarixi məkanlarını deyil, yeni yaradılan infrastruktur obyektlərini, təhsil və istehsal müəssisələrini, yaşayış məhəllələrini və bərpa olunan mədəni irs nümunələrini də görüblər".
Newscenter.az xəbər verir ki, bunları Bakı şəhəri Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbin direktoru Səkinə Rzayeva deyib. O bildirib ki, səfərin məzmununda diqqət çəkən məqamlardan biri müxtəlif istiqamətlərin bir arada təqdim olunmasıdır. Xankəndidə universitet və istehsal müəssisəsi, Şuşada yaşayış və mədəniyyət infrastrukturu, Kəlbəcərdə isə sənaye və yerli iqtisadi fəaliyyət nümunələri nümayəndə heyətinin proqramında yer alıb:
"Bu mənzərə Qarabağın yalnız keçmişin yaddaşı kimi deyil, eyni zamanda yeni həyatın formalaşdığı məkan kimi təqdim edilməsinə imkan verir. Xüsusilə Şuşada yeni yaşayış məhəlləsində sakinlərlə görüş və Xankəndidə Qarabağ Universitetinin fəaliyyəti bu dəyişimin insan amili ilə bağlı tərəfini göstərən nümunələrdir.
Diplomatik səfərlərin əhəmiyyəti də məhz burada ortaya çıxır: məlumat artıq yalnız sənədlərdən deyil, yerində müşahidədən əldə olunur. Diplomatların gördükləri obyektlər, tanış olduqları insanlar və aldıqları məlumatlar onların sonrakı peşəkar qiymətləndirmələri üçün ayrıca informasiya mənbəyinə çevrilir".
Süleyman
Bu mövzuda digər xəbərlər:Paşinyanın reallıq etirafı: “Ermənilərin Qarabağa qayıtması...”
25 Avqust 2025 15:52
Bakıdakı diplomatik korpusun Qarabağa səfəri
16 Sentyabr 2026 12:29
QARABAĞA DİPLOMATİK SƏFƏR VƏ... Ermənistanin “suverenlik sınağı”
16 Sentyabr 2026 14:44
Diplomatik korpusun nümayəndələri Qarabağa səfər edib
18 Aprel 2025 09:24
Qarabağa gedənlərin NƏZƏRİNƏ!
30 Dekabr 2024 21:06
Baxış sayı:70
Bu xəbər 16 Sentyabr 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















