Icma.az
close
up
RU
Qarabağa fərdi avtomobillərlə səfərlərin istiqamətləri genişləndirilir: Turizmə necə təsir edəcək?

Qarabağa fərdi avtomobillərlə səfərlərin istiqamətləri genişləndirilir: Turizmə necə təsir edəcək?

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Azərbaycan Respublikası vətəndaşları öz fərdi minik avtomobilləri ilə işğaldan azad olunmuş ərazilərimizdən Şuşa və Suqovuşana 2023-cü ilin dekabrından, Laçına isə 2024-cü ilin aprel ayından müəyyənləşdirilmiş qayda və təlimatlara əməl etməklə "Yolumuz Qarabağa" (https://www.yolumuzqarabaga.az/) portalından əldə olunan icazələr əsasında fərdi minik avtomobilləri ilə səfər edə bilirlər.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Turizm Agentliyindən bildirilib.

Qeyd edilib ki, 20 may 2025-ci il tarixindən etibarən isə vətəndaşlar "Yolumuz Qarabağa" portalından əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə Xankəndi, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xocalı, Ağdərəyə səfər edə biləcəklər.

"Ərazilərin əlçatanlığının təmin olunması məqsədilə müvafiq dövlət orqanları tərəfindən ərazilərin yol infrastrukturu təkmilləşdirilir. Bərdə-Ağdam, Əhmədağalı-Alıbəyli-Naftalan-Ağdam, Ağdam-Füzuli, Zəfər yolu, Füzuli-Hadrut-Cəbrayıl, Füzuli-Şuşa, Zəngilan-Qubadlı istiqamətlərində yolların salınması və bu kimi digər həyata keçirilən yol-nəqliyyat infrastuktur layihələri vətəndaşların rahat və təhlükəsiz səfərini hədəfləyir.

Həmçinin işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfər edən turistlərin istirahətinin təşkili üçün mehmanxanalar və ictimai-iaşə obyektləri fəaliyyət göstərir. Hazırda Şuşa şəhərində 4 ədəd, Xankəndi şəhərində 10 ədəd, Ağdam rayonunda 2 ədəd, Zəngilan və Laçın rayonlarının isə hər birində 1 ədəd hotel turistlərin xidmətindədir".

Bildirilir ki, Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad olunan ərazilərdə turizm infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir: "2023-cü ilin oktyabrında Suqovuşan qəsəbəsində su anbarının ətrafında yaradılan parkda əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb. Ərazisi 7,5 hektar olan parkda, həmçinin turist informasiya mərkəzi, kafe, üzən estakada, nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb.

Bununla yanaşı, Şahbulaq qalası, Sərsəng su anbarı ətrafında turizm infrastrukturunun yaradılması, Tuğ kəndində və Hadrut qəsəbəsində turizm infrastruktur işlərinin aparılması davam etdirilir və ərazilər mərhələli şəkildə turistlərin qəbulu üçün hazırlanır. Dövlət Turizm Agentliyi tərəfindən Füzuli rayonundan başlayaraq "Zəfər Yolu" turizm marşrutunun hazırlanması, eləcə də dövlət-özəl əməkdaşlığı modeli əsasında Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarına bir günlük və çoxgünlük turların təşkil edilməsi nəzərdə tutulur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 May 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see352

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see178

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri