Qarabağa getmək istəyənlərin NƏZƏRİNƏ Qeydiyyatdan keçmə qaydaları VİDEO
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Daxili İşlər Nazirliyinin yeni "Polis cavab verir" rubrikası çərçivəsində vətəndaşların ən çox ünvanladığı suallardan biri cavablandırılıb.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərə səfər etmək istəyən vətəndaşların "E-Polis" mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçməsi qaydaları barədə məlumat verilib.
Bildirilib ki, müraciət prosesi tamamilə pulsuzdur və heç bir əlavə rüsum və ya ödəniş tələb olunmur.
Qeydiyyat zamanı vətəndaşlar sadəcə şəxsiyyət vəsiqəsi məlumatlarını və səfər məqsədinə dair zəruri məlumatları daxil etməklə elektron şəkildə müraciət edə bilirlər. Məlumatlar yoxlanıldıqdan sonra müraciətlər aidiyyəti üzrə araşdırılır və cavablandırılır.
Daha ətraflı videoda:
Bizim.Media


