Icma.az
close
up
RU
Qarabağa qayıdış: məcburi köçkünlər üçün yeni dövr başlayır

Qarabağa qayıdış: məcburi köçkünlər üçün yeni dövr başlayır

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Son vaxtlar azad edilmiş ərazilərə qayıdış əsasən xoş xəbərlərlə müşayiət olunsa da, bəzi keçmiş məcburi köçkünlərin yaradılmış şəraitdən sui-istifadə etməyə çalışması da diqqətdən qaçmır. Şübhəsiz ki, belə tarixi bir proses fonunda bu kimi xəbərlər təəssüf doğurur.

Kiminsə illərdir yaşadığı başqa şəxsə məxsus evlərdən çıxmaqdan imtina etməsi və ya bunun müqabilində pul istəməsi, bəzilərinin dövlətin minadan təmizlədiyi, tikib qurduğu evə və bərpa olunan kəndlərə qayıdandan sonra xırda problemlərdən, şikayətlənməsi və ya dövlətin tikib təmir edərək verdiyi 3 otaqlı evin 4 otaqlı ilə əvəzlənməsi tələbləri və s. kimi xoş olmayan hallara da rast gəlinir.

Bəzilərinin işğal dövründə dövlətin müvəqqəti verdiyi mənzildən çıxmamaq, azad edilmiş ərazilərdə dövlət tərəfindən tikilən və verilən evi isə “bağ evi” kimi istifadə etmək istəyi, bəzilərinin hətta həm Bakıda, həm həmin ərazilərdə dövlətdən ev alması üçün saxta boşanmaya əl atması haqda da məlumatlar var.

Təbii ki, belələrinin sayı çox azdır və bu, ümumilikdə Böyük Qayıdışa xələl gətirə və bütün məcburi köçkünlərə aid edilə bilməz. Amma istənilən halda, 30 illik işğaldan sonrakı Böyük Zəfər və Böyük Qayıdışa yaraşan hal deyil.

Dövlət işğal dövründə torpaqlarını, ev-eşiyini itirmiş insanlara tam dəstək oldu, onların müvəqqəti yaşaması üçün evlər, mənzillər inşa etdi, bir sıra imtiyazlar verdi, kommunal xərclərdən və sairdən azad edib, bütün yükü öz üzərinə götürdü. Bu belə də olmalı idi. İndi dövlət işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı və sistemli şəkildə bərpa-quruculuq işləri həyata keçirərək, bölgənin infrastrukturunu yenidən formalaşdırır, əhalinin geri qayıdışı üçün zəruri sosial və iqtisadi şəraiti yaradır. Böyük Zəfərdən sonra keçmiş köçkünlər dövlətin dəstəyinə arxalanır – o ərazilərin yenidən qurulması, tikilməsi, abadlaşdırılması, Yer üzündən silinən şəhər və kəndlərin sıfırdan tikilməsi və s.
Dövlət öz üzərinə düşən missiyanı artıqlaması ilə icra etdi. İndi keçmiş köçkünlərin heç bir dövlətin, fondların köməyi, yardımı olmadan, bu ağır işi təkbaşına görən dövlətə dəstək verməsi zamanıdır. Belə bir tarixi prosesdə xırda problemləri qabartmaq, ev davası etmək yox, dövlətə dəstək vermək zəruridir.

Məsələn, yaxşı olardı ki, məcburi köçkünlər artıq onlara ödənilən 60 manat civarında vəsaitdən imtina etsinlər. Bu vəsaiti dövlət doğma torpaqlara qayıdan keçmiş məcburi köçkünlərə köçdən sonra 3 il ərzində ödəyir. Söhbət 2017-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalarda əksini tapan “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”ndan gedir. Bu qaydaya görə, əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinət verilmir.

Bu gün doğma vətənə – Qarabağa qayıdanlar arasında 3 illik dövrü arxada qoyanlar var. Artıq bu müddət başa çatıb. Məcburi köçkünlərin Qarabağı yenidən quran dövlətin yükünü azaltmaq üçün bu vəsaitdən imtina etməsi məqsədəuyğun olmazdımı? Bu vəsait onsuz da azad olunmuş ərazilərdə tikinti-bərpa işlərinə, keçmiş məcburi köçkün qardaş və bacılarımızın yaşayış şəraitinin yaxşılaşdırılmasına sərf olunacaq.

Məncə, bu gün keçmiş köçkünlər bu cür addımlar və jestlərlə gündəm olmalıdılar, bəzilərinin təəssüf doğuracaq “kaprizləri” ilə deyil.
Unutmayaq ki, biz Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq günlərin canlı şahidlərik. Böyük Qayıdış prosesi də bu şərəfli və əzəmətli dövrün ayrılmaz bir hissəsidir. Belə bir tarixi mərhələdə keçmiş məcburi köçkünlərin dövlətə dəstək göstərməsi, atacaqları xoş və məsuliyyətli addımlar Qarabağın daha tez dirçəlməsinə mühüm töhfə verəcək.

Tahir Turan
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Sentyabr 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri