Icma.az
close
up
RU
Qarabağa yayılan azan səsi türk birliyinin sədalarını daha da yüksəldəcək

Qarabağa yayılan azan səsi türk birliyinin sədalarını daha da yüksəldəcək

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycanın qədim Qəbələ şəhərində TDT dövlət başçılarının zirvəsinin 12-ci zirvə görüşü gerçəkləşdi. Görüşün yekununda təşkilatda sədrlik Azərbaycana keçdi. TDT bizim dillərimizdə söylənən müasir bir həmrəylik dastanıdır. Unutmamalıyıq ki, bu təşkilat böyük qardaş ölkənin bir araya gəlməsinə təşviq edir. Vaxtilə türk dövlətləri bir araya gələrək TDT əsasını qoydular. Bu gün artıq təşkilatın özü türk ölkələrini müxtəlif istiqamətlərdə, platformalarda dəstəkləyir, onlara inkişaf üçün yol və proqram hazırlayır".

Redaktor.az xəbər verir ki, bunu deputat Günay Əfəndiyeva parlamentin bugünkü iclasında bildirdi.

Onun sözlərinə görə, əgər əvvəllər biz ideyanı yaşadırdıqsa, indi həmin ideya artıq bizi də yaşadır, birləşdirir və gücləndirir:

"Eyni zamanda TÜRKPA, TÜRKSOY  Türk Akademiyası Türk Mədəniyyəti və İrsi Fondu, son illərdə təsis olunan Türk İnvestisiya Fondu kimi strukturlar ümumi türk həmrəyliyinin parlamentlər mədəni elmi iqtisadi və digər sahələrdə dayaqlarını möhkəmləndirir.

Türk dövlətlərinin başçıları arasında əlaqələrin xarakteri də bunu bir daha sübut edir. Artıq görüşlər rəsmi format ilə yanaşı, həm də dostluq, səmimiyyət və etimad mühitində qeyri-formal şəraitdə reallaşdırılır. Bu kontekstdə prezidentin təşəbbüsü ilə ötən il Şuşada keçirilən, bir çox ciddi məqamları əhatə edən qeyri-rəsmi zirvə görüşü mühüm bir nümunə kimi qeyd edilə bilər. 16 illik TDT hər il böyüyür, genişlənir, dərinləşir. Son zamanlarda Türkmənistanın Türk dünyasının ortaq fəaliyyətlərində aktiv iştirakı bu əksər millətləri gücləndirir. Zirvə çərçivəsində Türk dövlətlərinin başçıları tərəfindən Türkmənistanın Türküstanda inşa edəcəyi məscidin təməli qoyuldu. Artıq həmrəyliyimiz dini dəyərlərimiz üzərində də möhkəmlənir. Əminəm ki bu məsciddən Qarabağa yayılan azan səsi türk birliyinin sədalarını daha da yüksəldəcək".

G.Əfəndiyevanın fikrincə, Zirvə görüşü ortaq türk mədəniyyətinin inkişafı üçün çox vacib təkliflərlə yadda qaldı.

"Vasif müəllim artıq qeyd etdi. Preizdent birinci Türkoloji qurultayın yüz illiyinin gələn il TDT çərçivəsində təntənəli şəkildə təşkil olunması təşəbbüsü ilə çıxış etdi.  Şavkat Mirziyoyev dahi Nizaminin bəşəriyyətin yaradıcılığı, türk dünyasının mənəvi irsi kimi bütün dünya miqyasında təbliğatı üçün keçirilməsini irəli sürdü. Cənab Rəcəb Tayyib Ərdoğan 15 dekabrın Dünya Türk Dili Ailəsi Günü kimi elan olunmasını təklif etdi. Düşünürəm ki, bu dəyərli təşəbbüslərin reallaşdırılması xalqlarımızı bir-birinə daha da sıx bağlayacaq, ortaq mədəni kimliyimizin yaşadılmasına xidmət edəcəkdir", - deyə o bildirdi.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri