Icma.az
close
up
RU
Gəncə Daşkəsəndə Mədəniyyət rüzgarı

Gəncə Daşkəsəndə Mədəniyyət rüzgarı

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində (MEMİM) milli-mənəvi dəyərlərimizin həm yerli, həm də beynəlxalq miqyasda tanıdılması missiyası ilə ardıcıl tədbirlər görülür. Mərkəz bu sahədə kadr potensialının gücləndirilməsi, peşə vərdişlərinin artırılması, ustad dərsləri, təlimlər və ixtisasartırma kurslarının təşkili, eləcə də paytaxt və regionlardakı mədəniyyət müəssisələrinə metodiki dəstək üzrə geniş fəaliyyət göstərir.

Bu baxımdan aprel ayında Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil olunan “Mədəniyyət rüzgarı” adlı tədbirlər proqramını göstərmək olar. Proqram çərçivəsində regionda fəaliyyət göstərən mədəniyyət işçiləri elmi-metodiki, nəzəri və təcrübi məlumatlarla təmin edilib, sənət xadimləri ilə görüşlər, musiqi, teatr, mədəni irs və digər mövzular ətrafında maraqlı müzakirələr aparılıb.

“Musiqidə milli ənənələrin təcəssümü” adlı elmi-praktiki seminar Gəncə şəhərində gerçəkləşən ilk tədbir olub. Əvvəlcə Gəncə Dövlət Universiteti (GDU) ilə birgə “Musiqidə milli ənənələrin təcəssümü” adlı elmi-praktiki seminar təşkil edilib. Gəncə Dövlət Universiteti rektorunun baş müşaviri, tarix üzrə fəlsəfə doktoru, dosent Asif Cavadov və MEMİM-in direktoru vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində keçirilən seminarın məqsədinin milli köklərimiz zəminində formalaşan bəstəkarlıq ənənələri, Azərbaycan peşəkar musiqi irsinin tədqiqat məsələlərinin gənc nəslə çatdırılması olduğunu vurğulayıblar. GDU-nun kafedra müdiri, Əməkdar müəllim, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva, baş müəllimlər – sənətşünaslıq üzrə fəlsəfə doktorları Sevinc Rüstəmova və Nüşabə Seyfullayeva, Bakı Musiqi Akademiyasının baş müəllimi İlham Nəzərov, dosent Aytən Babayeva, MEMİM-in aparıcı metodisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadə çıxışlarında mövzularla bağlı araşdırmalarından danışıblar. Videomateriallar və musiqi nömrələri ilə müşayiət olunan seminar sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatorluğu ilə reallaşıb.

Növbəti görüş Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano və vokal ixtisasları üzrə ustad dərsləri olub. Regiondakı musiqi məktəblərinin kollektivlərini əhatə edən dərslərin əsas hədəfi müəllim və şagirdlər üçün yenilənmiş tədris metodikasının tətbiqi, dərs zamanı diqqət yetirilməli əsas məqamlar və siniflər üzrə düzgün repertuar seçiminin təşkili olub. Opera ifaçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist İlham Nəzərov və Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, pianoçu Svetlana Əhmədova şıxış ediblər.

“Sənətkarın dostu” layihəsi üzrə görüş də maraqlı olub. Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə keçirilən görüşün qonağı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Xalq artisti Teyyub Aslanov olub. MEMİM-in əməkdaşı Riad Cəbrayılovun moderatorluq etdiyi tədbirdə T.Aslanov muğamın tarixi, inkişaf mərhələləri, gənclər arasında təbliği, metodoloji əsaslı tədrisindən söhbət açıb və tələbəsi Ramil Hümbətli ilə birlikdə “Bayatı-şiraz” dəstgahını ifa edib. Onların müşayiətçiləri kamançada Əməkdar artist Toğrul Əsədullayev, tarda Ruslan Zərbalıyev olub. Gəncə, Goranboy, Samux uşaq musiqi məktəbləri şagirdlərinin də ifasında müxtəlif muğam parçaları səslənib.

Silsilə tədbirlər çərçivəsində ilk təlim regionun kitabxana əməkdaşlarını əhatə edib. Dəstəkçi Azərbaycan Milli Kitabxanası idi. Təlim peşəkar inkişafa töhfə vermək, müasir kitabxana idarəçiliyi və rəqəmsal resursların əlçatanlığını, müasir proqramların tətbiqini təmin etmək məqsədilə reallaşıb. Azərbaycan Milli Kitabxanasının şöbə müdirləri – tarix üzrə fəlsəfə doktoru Aygün Koçak və Sevinc Əfəndiyeva maraqlı təqdimatlarla çıxış ediblər.

Növbəti layihə “Nəsildən-nəslə teatr” olub. Gəncə Dövlət Milli Dram Teatrında “Aktyorluq: min maskalı qəhrəmanın səyahəti” adlı seminar tanınmış aktyor, Xalq artisti Nurəddin Mehdixanlının iştirakı ilə keçib. MEMİM-in əməkdaşı, teatrşünas Dağlar Yusifin moderatoru olduğu seminarda gənclərlə aktyor sənətinin sirləri, vətənə və sənətə sevgi, aktyor–tamaşaçı ünsiyyəti, teatrda aktyorun mövqeyi kimi mövzularda söhbət aparılıb.

Region muzeylərinin əməkdaşları üçün isə “Muzeylərin əsas vəzifələri: fondlar, elmi kütləvi və ekspozisiya işi, muzey işinin üç sütunu” mövzusunda təlim təşkil olunub. Azərbaycan İstiqlal Muzeyinin direktor müavini, Əməkdar mədəniyyət işçisi Aida Axundova muzey işinin təşkili, fond və ekspozisiya zallarının müasir standartlara uyğun qurulması, eksponatların mühafizə qaydaları, təqdimat zamanı muzey bələdçisinin rəqəmsal vasitələrdən istifadəsi kimi mövzularda danışıb. Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

Maarifləndirmə məqsədilə MEMİM-in “Mədəni irsini qoru” layihəsi çərçivəsində Gəncənin tarixi yerlərinə infotur da təşkil edilib. Gəncənin ali təhsil müəssisələrinin tələbələri və media nümayəndələri üçün tarix və mədəniyyət baxımından böyük əhəmiyyət daşıyan Çökək hamamı, Cavad xanın türbəsi, Şah Abbas məscidi və Karvansarayı, Gəncə qala divarları, Azərbaycan Demokratik Respublikasının Parlament binası və digər tarixi yerlərə ekskursiya təşkil olunub. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Pərvin Kazımov, AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov və digər mütəxəssislər mühüm maarifləndirici məlumatları diqqətinə çatdırıblar.

Qeyd edək ki, “Mədəniyyət rüzgarı” proqramı çərçivəsində yuxarıda sadalananlar MEMİM-in həyata keçirdiyi tədbirlərin müəyyən bir qismini təşkil edir. Reallaşan bütün layihələrimizlə sahənin inkişafı üzrə vacib məqamları auditoriyanın diqqətinə çatdırmağa çalışırıq.

Rəfiqə NƏSİROVA,
MEMİM-in əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Aprel 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see536

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see255

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see242

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see213

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see204

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see198

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see196

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see189

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see188

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see184

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see182

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see176

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see174

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see170

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri