Qarabağda “Mədəniyyət rüzgarı”: Xalq artisti Zəhra Quliyeva Bərdədə ustad dərsi keçib FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən (MEMİM) Qarabağ bölgəsində təşkil olunan "Mədəniyyət rüzgarı" layihəsi davam edir.
Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə reallaşan layihə çərçivəsində Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbində violin ifaçısı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyevanın iştirakı ilə ustad dərsi keçirilib.
Tədbirdə Qarabağ Regional Mədəniyyət İdarəsi Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi - Bərdə rayonu üzrə nümayəndə Fərid Hacıyev ustad dərsinin təşkilinə görə təşəkkürünü bildirib, bu kimi layihələrin istedadlı uşaq və gənclərin müvafiq ixtisas üzrə inkişafına töhfə verdiyini vurğulayıb.
MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova bildirib ki, ustad dərsinin məqsədi şagirdlərin musiqi zövqünün zənginləşdirilməsi, onlara peşəkar vərdişlərin aşılanmasıdır.
Sonra Bərdə rayon 1 nömrəli uşaq incəsənət və şəhər 2 nömrəli uşaq musiqi məktəbinin şagirdləri ifalarını təqdim ediblər.
Xalq artisti Zəhra Quliyeva violin alətinin ifa texnikası ilə bağlı maraqlı məqamları diqqətə çatdırıb, tövsiyələrini verib. Pedaqoq tərəfindən müəllim və şagirdlərin sualları ətraflı cavablandırılıb.
Sonda Zəhra Quliyeva incəsənət məktəbinə kitablar hədiyyə edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 28 Oktyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















