Icma.az
close
up
RU
Qarabağdakı milli mədəni irsin təbliği

Qarabağdakı milli mədəni irsin təbliği

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Özünün qədim tarixi abidələri, mədəniyyət elementləri ilə zəngin olan Qarabağ bölgəsi nəinki Azərbaycanda, həmçinin bütün dünyada unikal bir ərazidir. 

Qarabağ bölgəsi özünün tarixi, zəngin maddi mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə fərqlənir. Bütün bunlar isə bədii təfəkkür və yaradıcılığa müsbət təsir göstərən bölgənin əsrarəngiz təbiətinin, iqliminin, təbii sərvətlərinin zənginliyinin nəticəsidir. 

Təsadüfi deyil ki, dünyanın ən zəngin muzeylərinin bəzəyən Azərbaycanın maddi mədəniyyət nümunələri içində Qarabağ xalq sənətkarlarının öz yeri, öz payı var. Londonun “Viktoriya və Albert”, Parisin “Luvr”, Vaşinqtonun “Metropoliten”, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.  Dördpendirli pizza

Qarabağlıların əməyi sayəsində yaranıb bölgənin həyat və məişətində geniş istifadə edilən Qarabağ el sənətinin böyük və zəngin bir tarixi var. Qədim və zəngin tarixə malik Azərbaycanın əzəli və əbədi hissəsi olan bu bölgə dünyanın bir sıra alimləri tərəfindən maraqla qəbul edildiyi kimi, eyni zamanda bu ulu diyarın tarixinə saxta yollarla sahiblənmək istəyən saxtakarların da diqqətindən yayınmayıb. 

Zəngin mədəni irsə malik olan Qarabağ bölgəsi musiqi, muğam diyarı kimi də məşhurdur. Bu torpaq Azərbaycan musiqi mədəniyyəti xəzinəsinə nadir incilər bəxş edib və bu ənənə davam etməkdədir. Qarabağ musiqi məktəbində muğamlar, xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı özünəməxsus yer tutur. Qarabağlı söz adamlarının yaratdıqları ədəbi əsərlər ədəbiyyatımızın və ədəbiyyatşünaslığımızın inkişafında mühüm rol oynamaqdadır. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin əslən Qarabağdan (Cəbrayıldan) olan deputatı Ceyhun Məmmədov bildirib ki, Qarabağ Azərbaycan mədəni irsinin sayılıb-seçilən bölgələrindəndir:

“Qeyd etdiyiniz mövzu olduqca önəmli bir mövzudur. Birinci qeyd etməliyik ki, Azərbaycan xalqı böyük xalqdır və onun çox zəngin mədəniyyəti, ənənələri var. Xüsusilə Qarabağ bölgəsi də bu mənada bizim sayılıb-seçilən bölgələrimizdən biridir. 

Bu gün bizim qarşımızda duran mühüm vəzifələrdən biri də bu irsin təbliği və çatdırılmasıdır. Biz çalışmalıyıq ki, bu irsi bütün dünyaya çatdıraq. Azərbaycanın mədəniyyətindən bəhs edərkən, Qarabağı ayrıca qeyd etməliyik. Bu region mədəniyyət sahəsində xüussi əhəmiyyət kəsb edən ərazilərdən biridir. Hazırda bu sahədə müəyyən işlər görülür. 

Amma düşünürəm ki, biz daha çox iş görməliyik ki, bu irsi davam etdirək. Bunun üçün yeni filmlər çəkilməli, kitablar yazılmalı, davamlı olaraq, müxtəlif konfranslar, seminarlar, görüşlər keçirilməlidir. Ümumilikdə götürdükdə, ayrı-ayrı dövlət qurumları müəyyən işlər görürlər və fəaldırlar. Ancaq düşünürəm ki, bizim daha çox iş görməyimizə, daha çox addım atmağımıza və daha çox tədbir keçirməyimizdə ehtiyac var. Başlıca olaraq, kitabların yazılması, filmlərin hazırlanması, konfranslar, seminarlar və treyninqlər bu mənada xüsusi önəm və əhəmiyyət daşıyır”.

Tanınmış yazıçı, publisist Azad Qaradərəli isə vurğulayıb ki, Qarabağın mədəniyyətini və mədəni irsinin dünya miqyasında tanıdılması çox önəmlidir:

“Mən bu barədə biraz fərqli düşünürəm. Biz həm SSRİ dövründə, həm də müstəqillik illərində Qarabağla bağlı kifayət qədər təbliğat-təşviqat aparmışıq. Artıq Qarabağdakı mədəniyyət nümunələrimizi, atributlarımızı, orada yaşayıb-yaratmış ədiblərimizin əsərlərini artıq dünya miqyasına çıxarmağın zamanı yetişib. Biz bir Azərbaycan türkü olaraq, o torpaqlarda əbədi yaşamışıq. 

Yüzillərdir, minillərdir o torpaqların sahibiyik. O torpaqlara gəlmə olan adamlara isə qucaq açmışıq, çörək vermişik. Onlar isə bizə namərdlik etdilər, təpik atdılar, sonra isə layiqli cavablarını aldılar. Həm tarixi qələbəmizi, həm də tarixi mədəni irisimizi dünya miqyasına çıxarmalıyıq. Məsələn, tanınmış alman türkoloq Maykl Reynhard Azərbaycanda olub və Şuşa, Qarabağ haqqında 600 səhifəlik sanballı kitab yazıb və Almaniyada çap etdirib. Həmin kitab ingilis dilində də çap olunub. 

Orada təsadüfən, heç məni tanımadan, mənim Qarabağla mövzusunda olan hekayələrimi də təhlil edib. Mən eşitdim ki, həmin kitabı Azərbaycan dilində də çap edirlər. Fikrimcə, bu kimi kitabları Azərbaycan dili ilə bərabər, rus, alman, ingilis və başqa dillərdə də çap etməliyik. Çalışmalıyıq ki, daha çoxunu elə xaricilər yazsınlar. Biz bunu maliyyələşdirməliyik. Xarici jurnalistləri, yazıçıları, tədqiqatçıları bu işə cəlb etməliyik. Həqiqətlər qoy onların öz qələmindən yazılsın. Xarici ölkələrdə yaşayan insanlar həqiqətləri bilməlidir. Onlar bilsinlər ki, biz kimik və Qarabağ kimindir”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrin, elm və mədəniyyətin təbliği” istiqaməti üzrə hazırlanmışdır.   


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 İyul 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see260

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see252

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see231

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see227

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see225

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see221

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see217

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see217

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see215

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see203

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see195

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see193

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see188

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see182

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see179

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see177

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see171

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see167

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see160

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri