“Qarabağ”ın 15 oyunçusu millilərdə
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Qarabağ” klubunun ümumilikdə 15 futbolçusu noyabr ayında milli komandaların oyunlarında iştirak etmək üçün dəvət alıb.
Futbolpress.az xəbər verir ki, Ağdam təmsilçisinin 7 legioneri müxtəlif ölkələrin əsas yığmalarının düşərgəsinə yollanıb. Bunlar Marko Yankoviç (Monteneqro), Bense Varkonyi (Macarıstan), Martin Zlomisliç (Bosniya və Herseqovina), Renaldo Sefas (Yamayka), Bruno Lanqa (Mozambik), Reda Xadra (Livan) və karyerasında ilk dəfə Ukraynanın əsas millisinə çağırılan Aleksey Kaşukdur.
Klubun azərbaycanlı oyunçularından Bədavi Hüseynov, Musa Qurbanlı və Şahrudin Məhəmmədəliyev əsas yığmamıza dəvət olunublar. Gənc futbolçulardan Teymur Həsənov U-21, Hikmət Cəbrayılzadə, Əli Bəşirov, Rəşad Alışov və Uğur Qurbanlı isə U-20 millisinin şərəfini qoruyacaqlar.
Xatırladaq ki, Azərbaycan millisi noyabrda iki qarşılaşma keçirəcək. Yığmamız Millətlər Liqasında noyabrın 11-də səfərdə Lixtenşteynlə, noyabrın 16-da isə yoldaşlıq matçında Andorra ilə üz-üzə gələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 06 Noyabr 2026 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















