Qarabağın AL matçına biletlərin nə vaxt satışa çıxarılacağı bilindi
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
UEFA Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda baş tutacaq “Qarabağ” - FCSB (Rumıniya) matçının biletləri bu gün, saat 12:00-da satışa çıxacaq.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.
VIP sektorlara biletlərin qiyməti isə 300 manatdır.
Azarkeşlər biletləri "iTicket.az"ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), “Qarabağ” FK-nın "Park Bulvar"dakı fan-şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - FCSB matçı saat 21:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 13 Yanvar 2025 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















