Icma.az
close
up
RU
Qarabağın dörd tacı: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə azadlıq günündə ŞƏRH

Qarabağın dörd tacı: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə azadlıq günündə ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

20 sentyabr 2023-cü il Azərbaycan tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu gün Qarabağın dörd tacı – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycanın tam suverenliyinin bərpası ilə əlaqədar olaraq azad edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında vurğulayıb: “Azərbaycan ordusunun hərbi əməliyyatları nəticəsində Qarabağın əsas şəhərlərində suverenliyimiz təmin edildi. Bu, xalqımızın uzun illər gözlədiyi ədalətin bərpasıdır”.

Uzun illər işğal altında olan bu torpaqlar milli yaddaşın həm ağrı, həm də qürur mərkəzi olub. Xankəndi Qarabağın inzibati və siyasi paytaxtı, Xocalı isə 1992-ci il soyqırımı ilə beynəlxalq hüquq və vicdan qarşısında Azərbaycanın haqq səsini simvollaşdırır. Xocavənd strateji əhəmiyyətə, Ağdərə isə hərbi-taktiki gücə malikdir. 20 sentyabrda bu dörd şəhərin azad olunması tarixi ədalətin bərpası kimi qiymətləndirilir.

Azərbaycan dövlətinin uzaqgörən və ardıcıl siyasəti nəticəsində Qarabağ məsələsi beynəlxalq hüquq çərçivəsində həll edildi. 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatları nəticəsində Azərbaycan Ordusu 406 kvadratkilometr ərazi üzərində tam nəzarəti bərpa etdi.

Əməliyyat cəmi 23 saat 50 dəqiqə davam edib və Ermənistan silahlı qüvvələrinin qalıqları silahlarını təhvil verdi. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bu əməliyyat beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həyata keçirilib. Əməliyyatın uğuru xalqın uzun illər ərzində göstərdiyi iradə və dözümlülüyünün nəticəsidir. 20 sentyabr dörd şəhərin adının birlikdə çəkilməsi ilə milli həmrəyliyin simvolu oldu. Azərbaycanın ictimai rəyinə görə, xalq öz tarixini qürurla yazır və şəhidlərin qanı ilə alınmış qələbəni qoruyur.

15 oktyabr 2023-cü ildə Azərbaycanın müasir tarixində yeni mərhələ kimi yadda qaldı. Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Dövlət Bayrağımızı ucaldaraq Azərbaycanın tam suverenliyinin və ərazi bütövlüyünün simvolik təsdiqini verdi. Dövlət Bayrağının ucaldılması yalnız rəmzi bir hərəkət deyil, bu, Azərbaycan dövlətçiliyinin gücünü, xalqın birliyini və uzun illər gözlənilən ədalətin bərpasını simvollaşdırır. Uzun illər işğal altında qalan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə indi Respublikamızın tam hüquqlu şəhərləri kimi qəbul edilir. Bu, həm də xalqın dözümlülüyü və iradəsinin nəticəsidir.

Bayrağın ucaldılması ilə simvolik suverenlik nümayiş olunarkən, bölgədə bərpa və infrastruktur işləri də sürətlə davam edir. Xankəndi və Xocavənd mədəni və strateji mərkəz, Ağdərə iqtisadi resurs və hərbi mövqe, Xocalı isə milli yaddaş mərkəzi kimi inkişaf etdirilir. Dövlət simvollarımızın azad edilmiş şəhərlərdə ucaldılması beynəlxalq aləmdə də diqqət mərkəzinə çevrildi. Bu, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin beynəlxalq hüquq çərçivəsində tanınmasının əyani göstəricisidir. 15 oktyabr 2023-cü il tarixi Dövlət Bayrağımızın ucaldıldığı gün yalnız tarixi qələbənin yox, həm də milli qürurun rəmzidir.

Ölkəmizin başçısı cənab İlham Əliyev Xankəndiyə səfər edərək bölgə sakinləri ilə görüşlər keçirib, onların təhlükəsizlik, sosial və infrastruktur məsələləri ilə maraqlanıb. Bu, xalqın dövlətə inamını gücləndirir və milli birliyin bariz göstəricisidir. Prezidentin səfərləri bölgədə bərpa və quruculuq işlərinin sürətləndirilməsi üçün mühüm impuls rolunu oynayır. Səfər çərçivəsində infrastruktur layihələrinin gedişi, yolların, məktəblərin və səhiyyə obyektlərinin bərpası ilə bağlı göstərişlər verilib. Ali Baş Komandan İlham Əliyevin Xankəndiyə səfərləri, yalnız tarixi və strateji qələbənin simvolu deyil, həm də milli qürurun və dövlətin gücünün nümayişidir.

20 sentyabr – Qarabağın dörd tacının Azərbaycanın başı üzərində parladığı gündür. Dövlətimizin gücü, xalqımızın iradəsi və şəhidlərimizin müqəddəs ruhu bu qələbəni simvolizə edir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə yalnız azad şəhərlər deyil, həm də Azərbaycanın milli və tarixi qürur səhifəsi kimi gələcək nəsillərə miras qalacaq.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri