Qarabağın hücumçusu: Liona məğlubiyyətdə bəxt amili də rol oynadı AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 29 noyabr, AZƏRTAC
"Keyfiyyətli komandaya qarşı oynadıq".
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın hücumçusu Olavio Juninyo UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın "Lion" klubuna 1:4 hesabı ilə məğlub olduqları V tur oyunu barədə danışarkən deyib.
O, qol epizodlarından yararlanmadığı üçün məyus olduğunu bildirib: "Burada az da olsa, bəxt amili rol oynadı. "Lion" Fransanın ən yaxşı komandalarından biridir və onlara qarşı layiqli mübarizə apardıq. Oyunumuzdan razı qaldım. Bu cür matçlarda xırda detallar nəticənin taleyini həll edir. Ruhdan düşmürük. Qarşıdakı matçlara daha ciddi hazırlaşacağıq".
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında növbəti oyununu dekabrın 12-də səfərdə İsveçin "Elfsborq" komandasına qarşı keçirəcək.
Baxış sayı:66
Bu xəbər 29 Noyabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















