Icma.az
close
up
RU
“Qarabağ”ın Maradonası”: “Erməniləri qızışdırırdı ki, bir türklə bacara bilmirsiniz” MÜSAHİBƏ

“Qarabağ”ın Maradonası”: “Erməniləri qızışdırırdı ki, bir türklə bacara bilmirsiniz” MÜSAHİBƏ

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xankəndi “Qarabağ”ının sabiq futbolçusu Qaraxan Əliyevin İdman.biz-ə müsahibəsi

- Qaraxan bəy, bir müddət Xankəndinin “Qarabağ” klubunda çıxış etmisiniz. Necə xatırlayırsınız, 40 il öncənin futbol mühitini?

- Bəli, üç ilə yaxın “Qarabağ”da oynamışam. O vaxt həmin komanda 9-cu zonaya aid idi, I liqada çıxış edirdik. Özüm isə futbola 16 yaşımda başlamışam. 4 il Xankəndində futbol məktəbinə getmişəm. Daha sonra bu şəhərin “Qarabağ” klubunda oynamağa başladım. Təxminən, üç ilə yaxın orada çıxış etdikdən sonra ayrılmalı oldum.

- Niyə?

- Komandada cəmi iki azərbaycanlı var idi – mən və İlqar adlı bir oğlan. Çoxu ermənilər idi. Hələ o vaxt ermənilər tərəfindən təzyiqlərə məruz qalırdım, mənə deyirdilər ki, get azərbaycanlılarla oyna.

- Təzyiq deyəndə nəyi nəzərdə tutursunuz?

- İmkan vermirdilər oynayım. Bir-birlərinə pas ötürürdülər, mən qalırdım ortalıqda. Yadımdadır, üç nəfər Yerevan ermənisi vardı, ikisi əkiz qardaş idi. Mən həmişə ikitərəfli oyunda onlara imkan vermirdim. Məşqçi də həmin erməniləri qızışdırırdı ki, bir türklə bacara bilmirsiniz. Onlar da beş-on adam yığırdılar başlarına gəlirdilər üstümə. Dəfələrlə mübahisəmiz düşüb, məni döyüblər. Onlar çox mən tək. Neyləyə bilərdim ki? İmkan vermədilər oynayım. Mən də çıxıb getdim Mingəçevir komandasına. Bir müddət orada oynayandan sonra Rusiyaya yollandım. Ulyanovsk şəhərində “Start” komandası vardı, qısa müddət orada çıxış etdim.

- Niyə qısa müddət?

- Onlarla mənimki tutmadı. Çünki həmin komanda yayda futbol oynayırdı, qışda topla hokkey. Məndə də hokkey alınmadı.

- Bəs niyə təkrar Azərbaycana qayıtmadınız?

- Əslində, Rusiyada olanda buradan mənə dəfələrlə teleqram vurub, geri çağırırdılar. Xüsusilə də, məşqçimiz Rasim müəllim qayıtmağım üçün çox israr elədi. Ancaq artıq hiss edirdim ki, əvvəlki formamı itirmişəm. Sonra isə iş elə gətirdi ki, futboldan birdəfəlik uzaqlaşdım.

- Bəs Azərbaycanda özünüzü yüksək liqa klublarından birində sınamaq istəməmisiniz heç?

- Bilirsiniz, Sovet dövründə oralara düşmək çox çətin idi. Ancaq bacardığım qədər oynamağa çalışmışam. Mənə “Qarabağ”ın Maradonası” deyirdilər.

- Hansı futbol klubuna azarkeşlik edirsiniz?

- Əlbəttə ki, “Qarabağ”.

- O vaxtki “Qarabağ”ın formasında şəkliniz varmı?

- Təəssüf ki, Xocalıdan çıxanda o şəkilləri götürə bilmədim.

- Siz həm də Xocalı faciəsinin şahidisiniz.

- Əvvəlcə səngərləri vurdular. Bizim də onlara qarşı vuruşmaq üçün elə bir silahımız yox idi. Şəhəri tərk etməyə məcbur olduq. İmkanımız kimə çatdısa, qocalara, uşaqlara kömək edib çıxardıq. Oradan Ağdama gəldik, daha sonra bizi Naftalanda məskunlaşdıq. Mənim həmin gecə hər iki valideynim şəhid oldu. Neçə yaxınımı həmin faciədə itirdim. Xocalı ilə bağlı kadrlarda başı ağ yaylıqla bağlanan uşaq var e, o, mənim əmim nəvəsidir – Mehdi. Oradakı ağsaqqal kişi isə əmimdir. Həmin uşağın atası, anası iki qardaşının meyitini də tapmadıq. Mehdi indi böyük oğlandır, özünün ailəsi, uşağı var. Ancaq neçə il keçsə də, Xocalı qəlbimizdən heç vaxt silinməyəcək bir yaradır. Nə qədər ki, yaşayırıq, o faciənin ağrısı da bizimlədir.
Torpaqlar işğaldan azad olunandan sonra demək olar ki, ayda iki-üç dəfə Xocalıya gedirəm. Hələ ki, oradakı evim hazır deyil. Hazır olan kimi inşallah birdəfəlik köçəcəm. İndi ev dövlət tərəfindən təmir olunur. Təsəvvür edin, təzə ev tikdim, içində bir gün yaşamaq qismət olmadı. Təmir edib, qapısını bağlayıb çıxdıq. Mənim evimdə illərlə erməni yaşayıb. Allah ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində yenidən Xocalını gördük. Xocalı ermənilərin əhatəsində olduğu üçün qayıdacağına ümidim yox idi, qorxurdum ki, bir də oranı görə bilməyim.

- O vaxt “Qarabağ”dan ayrılmaq məcburiyyətində qalmasaydınız, futbolu davam etdirərdinizmi?

- Əlbəttə. Futbol mənim ürəyimdə bir nisgil kimi qalıb. İndi nəvələrimi futbola qoymuşam. Biz həyat görməmişik ki... Gözümüzü açıb yumduq ki, qoca kişiyik. Gəncliyimiz gedib. Bu gün 65 yaşım var, ancaq hələ də həyətdə uşaqların futbol oynadığını görəndə ürəyim atlanır ki, kaş mən də oynaya biləydim.

Aytac Sahəd
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Fevral 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri