“Qarabağ”ın məqsədi nədi? Musa və Nəriman nə edə bilər...
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən mövsüm avrokuboklarda ən zəif nəticəni göstərən “Qarabağ”da “qabıqdəyişmə” olacağını gözləyirdik. Lakin klub hələ ki gözləntiləri qarşılaya bilmir.
Beş futbolçu ilə yolları ayıran “köhlən atlar” cəmi üç transfer edib ki, ikisi yarımmüdafiəçidi, biri də cinah müdafiəçisi. Komandada üç hücumçu var idi, Redon Cicanı Qurban Qurbanov “gözdən çıxarmışdı” ki, Əlcəzairə transfer olundu. Qaldı Nərimanla Musa.
Çox güman, mərkəz hücumçusu transfer olunacaq. Amma nə vaxt? Futbolçunun komandaya uyğunlaşması, potensialını açması.. Bunlar hamısı vaxt aparır axı. Mərkəz müdafiəçiləri lazımdı. Hanı? Qocaman Bədavi, qeyri-sabit oynayan Bəhlul və Medina, məcburiyyətdən mərkəz müdafiəçisinə çevrilmiş Mateusla olan işdimi bu? Deyil. Bəlkə məqsəd Çempionlar Liqası deyil, Konfrans Liqasıdı. İş orasındadı ki, orda da Musa və Nəriman nə edə bilər...
Qarabağ məsələsi 30 ilə həll olundu, bu iş isə daha qəliz görünür.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 16 İyul 2025 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















