“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş saatı uzadılacaq
Icma.az, Apasport portalına istinadən məlumat verir.
Bakı Metropoliteni iyulun 9-da UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Vestri" (İslandiya) oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək.
Apasport.az xəbər verir ki, bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.
Tofiq Bəhramov adına Respublika Stadionunun yaxınlıqda yerləşən “Gənclik” stansiyası "Bakı Metropoliteni" QSC-nin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, stansiya əlavə nəzarət mexanizmləri ilə təmin olunacaq. Bu məqsədlə növbətçilik cədvəli tərtib edilməklə köməkçi işçi qüvvəsi cəlb olunacaq. Əsas diqqət sərnişinlərin, xüsusilə matçdan sonra, stansiyada hərəkət istiqamətini rahat müəyyən etməsinə yönəldiləcək, həmçinin, “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək.
Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəli əsasında hərəkət edəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Qarşılaşma başa çatandan sonra qatarların hərəkəti “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.
“Şəfa”nın hazırlıq planında dəyişiklik edilib “İmişli”dən növbəti transfer Fərid Nəbiyev “İmişli”də - RƏSMİ “Xankəndi”də üç ayrılıq - RƏSMİ “İmişli”də yeni məşqçi
Baxış sayı:103
Bu xəbər 08 İyul 2026 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















