Icma.az
close
up
RU
Qarabağın 8 ildən sonra Çempionlar Liqasına qayıdışı şəhər sakinlərinin qürur anı SORĞU

Qarabağın 8 ildən sonra Çempionlar Liqasına qayıdışı şəhər sakinlərinin qürur anı SORĞU

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qarabağ futbol klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində qələbə qazanaraq 8 ildən sonra yenidən bu turnirdə iştirak hüququ əldə etməsi ölkə ictimaiyyətində böyük sevinclə qarşılandı. Futbol azarkeşləri və şəhər sakinləri bu uğuru təkcə idman nailiyyəti deyil, həm də milli qürur anı kimi dəyərləndirirlər. SİA-da bu münasibətlə şəhər sakinlərinin fikrlərini öyrənməyə çalışıb.

Şəhər sakini Elçin Əliyev: "Qarabağın bu uğuru, sadəcə, bir futbol qələbəsi deyil, bütün xalqımızın ruhunu yüksəldən tarixi hadisədir. 8 ildən sonra yenidən Çempionlar Liqasına vəsiqə qazanmaq böyük zəhmət və peşəkarlığın nəticəsidir. Qarabağ təkcə futbol oynayan klub deyil, həm də Azərbaycanın qələbə simvoludur".

Şəhər sakini Rauf Qurbanov: "Ferençvaroşa qarşı məğlubiyyətin heç bir əhəmiyyəti yoxdur, çünki əsas məqsəd mərhələni keçmək idi və bunu bacardıq. Uşaqlarım oyunu seyr edərkən çox həyəcanlandı, hətta matçdan sonra küçələrdə bayram ab-havası vardı. Qarabağ klubu xalqımıza sevinc bəxş etməyi bacardı. Biz iş adamları üçün də bu uğur qürurvericidir, çünki ölkəmiz Avropada daha çox tanınır".

Şəhər sakini Sevda Quliyeva: "Mənim üçün Qarabağın qələbəsi çox emosional anlar yaşatdı. Stadionda olmasam da, televizor qarşısında bütün matçı izlədim və həyəcanımı gizlədə bilmədim. Qadın azarkeşlər də komandaya eyni dərəcədə dəstək verir. Çünki Qarabağ artıq sadəcə bir futbol klubu deyil, Azərbaycanın qalibiyyət simvoluna çevrilib. Yeni dərs ili açıldıqdan sonra uşaqlara dərsdə də deyəcəm ki, bu uğurdan nəticə çıxarsınlar – zəhmət həmişə bəhrəsini verir".

Şəhər sakini Cavid Baxşıyev: "Qarabağın uğuru gənclərə çox böyük motivasiya verir. Dünən və bu gün mən və dostlarımın hamısı oyunu müzakirə edirdik. Futbol artıq idman deyil, həm də milli birləşmə amilidir. Onlar Avropada uğur qazandıqca, biz də öz sahəmizdə daha çox çalışmaq istəyirik. Qarabağın qələbəsi bizə göstərdi ki, azərbaycanlı gənclər hər yerdə zirvəyə çıxa bilər".

Şəhər sakini Kamran Qorxmazlı: "Qarabağ komandası illərlə zəhmət çəkərək bu uğura nail oldu. 8 ildən sonra Çempionlar Liqasına düşmək təsadüfi deyil, ardıcıl işin nəticəsidir. Biz illərdir komandanın oyunlarını izləyirik və görürük ki, hər dəfə daha da güclənirlər. Onların oyun tərzi artıq Avropa futboluna uyğunlaşıb. Mənə görə, bu qələbə Azərbaycanın gücünü və iradəsini bir daha nümayiş etdirir".

Şəhər sakini Aygül Səfərova: "Qarabağın qələbəsi bütün Azərbaycan xalqına sevinc bəxş etdi. Çox vaxt işdən yorğun gəlirik, amma belə oyunlar bizə yeni enerji verir. Çempionlar Liqası səviyyəsində çıxış etmək böyük məsuliyyətdir və Qarabağ bu məsuliyyəti şərəflə daşıyır. Mənim üçün ən önəmlisi budur ki, bu komanda dünyaya Azərbaycanın adını tanıdır və biz hamımız onlarla fəxr edirik. Qarabağ hər zaman zirvədə olmalıdır".

Şəhər sakini Emin Tahirli: "Qarabağın oyunlarını hər dəfə izləyirəm. Bu komanda göstərdi ki, istedad və zəhmətlə Azərbaycan futbolu Avropada layiqli şəkildə təmsil oluna bilər. Çempionlar Liqasına vəsiqə qazanmaq həm futbolçularımız, həm də azarkeşlərimiz üçün böyük motivasiyadır. İndi hamımız səbirsizliklə qrup mərhələsində oynayacaqları rəqibləri gözləyirik. İnanıram ki, orada da yaxşı nəticələr əldə edəcəklər".

Şəhər sakini Nahid Ələkbərov: "Oyun çox həyəcanlı keçdi, az qala ürəyimiz dayandı, amma nəticə möhtəşəm oldu. Küçədə hamı sevinirdi, sanki milli bayram idi. Mənim üçün Qarabağ təkcə futbol komandası deyil, həm də vətənimizin gücünü təmsil edən bir simvoldur. Uşaqlarımı da televiziya qarşısında oturtmuşdum ki, bu tarixi anı onlar da görsünlər. Belə qələbələr xalqı birləşdirir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Avqust 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see210

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see197

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see192

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see143

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri